Azərbaycan Respublikasının 2000-ci il 12 dekabr tarixli 37-IIQ nömrəli Qanunu ilə qoşulduğu "Konteynerlərə aid Gömrük Konvensiyası"
«Konteynerlərə aid Gömrük Konvensiyası»na Azərbaycan Respublikasının qoşulması barədə
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1972-ci il dekabrın 2-də Cenevrə şəhərində qəbul edilmiş «Konteynerlərə aid Gömrük Konvensiyasına» qeyd-şərt ilə (qeyd-şərtin mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 12 dekabr 2000-ci il
№ 37-IIQ
Gömrük Əməkdaşlığı Şurası
Baş Katİblİk
Konteynerlərİnə aİd 1972-cİ İl
Gömrük Konvensİyası
Birləşmiş Millətlər Təşkilatının
himayəsi altında 1972-ci il 2 dekabr tarixində,
Cenevrədə imzalanmış
Preambula
Razılaşmış tərəflər, beynəlxalq konteyner daşımalarını asanlaşdırmaq məqsədilə, aşağıdakılar haqqında razılığa gəldilər:
Fəsil I
Ümumİ müddəalar
Maddə 1
Bu Konvensiyanın tətbiqi zamanı:
a) «idxal rüsumları və vergiləri» termini idxal zamanı və ya yükün idxalı ilə əlaqədar tutulan, göstərilən xidmətlərin təxmini dəyərinə qədər həcmi məhdudlaşmış məbləğ və rüsumlar istisna olmaqla, gömrük rüsumları və bütün digər rüsumları, vergiləri, toplamaları və başqa məbləğləri ifadə edir;
b) «müvəqqəti idxal» termini – sonrakı idxal şərti ilə – gömrük rüsumları və vergilərini ödəmədən və ixrac qadağaları və məhdudiyyətləri qoyulmadan, müvəqqəti idxalı ifadə edir;
v) «konteyner» termini nəqliyyat avadanlıqlarını ifadə edir (qəfəs, çıxardıla bilən sistem və ya buna bənzər qurğular):
I) yükləri yerləşdirmək üçün istifadə olunan tam və ya qismən qapalı tutum;
II) dəfələrlə istifadə etmək üçün dəyişməz xüsusiyyətə malik və bu səbəbdən də çox möhkəm olan;
III) yüklərin arada yüklənməməsi şərtilə, yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasını asanlaşdırmaq üçün xüsusi düzəldilmiş;
IV) elə quraşdırılır ki, bir nəqliyyat növündən digər nəqliyyat növünə yüklənməsi asan olsun;
V) elə quraşdırılır ki, onun yüklənməsi və boşaldılması asan olsun;
VI) daxili həcmi bir kub metrdən az olmayan;
«konteyner» termini bu ləvazimat və avadanlıqların konteyner ilə birlikdə daşınması şərtilə, göstərilən növ konteyner üçün zəruri olan ləvazimat və avadanlıqları əhatə edir. «Konteyner» termininə nəqliyyat vasitələri, ləvazimatı, nəqliyyat vasitələrinin ehtiyat hissələri və qablaşdırma daxil edilmir;
q) «daxili daşımalar» termini bir dövlətin ərazisində yüklənmiş və həmin dövlətin ərazisində boşaldılmalı olan yük daşımalarını ifadə edir;
ğ) «şəxs» termini həm fiziki, həmçinin hüquqi şəxsi ifadə edir;
d) «konteynerlərin istismarı üzrə müəssisə», onun mülkiyyətçi olub olmamasından asılı olmayaraq, konteynerlərdən istifadə olunmasına effektiv nəzarəti həyata keçirən şəxsi ifadə edir.
Maddə 2
Bu Konvensiyada nəzərdə tutulan şərtlərin konteynerlərə tətbiq olunması üçün, sonuncular Əlavə 1-də şərh olunan müddəalara uyğun markalanmalıdır.
Fəsil II
Müvəqqətİ İdxal
a) Müvəqqəti idxal şərtləri
Maddə 3
1. Razılaşmış tərəf 4-9-cu maddələrdə şərh olunan şərtləri yerinə yetirərkən, həm yüklənmiş, həm də boş konteynerlərin müvəqqəti idxalına icazə verir.
2. Razılaşmış hər bir tərəf alış, icarə, icarə – alış və ya onun ərazisində daimi yaşayan və yaşayış yeri olan şəxs tərəfindən imzalanmış eyni xüsusiyyətli kontraktın mövzusu olmuş konteynerlərin müvəqqəti idxalına icazə verməmək hüququnu özündə saxlayır.
Maddə 4
1. Müvəqqəti idxal proseduruna uyğun olaraq idxal olunmuş konteynerlər müvəqqəti idxal günündən üç ay ərzində ixrac olunmalıdır. Lakin bu müddət səlahiyyətli gömrük orqanları vasitəsi ilə uzadıla bilər.
2. Müvəqqəti idxal proseduruna uyğun olaraq idxal olunmuş konteynerlərin ixracı.
Maddə 5
1. 4-cü maddənin 1-ci bəndində göstərilən ixrac olunmaya aid tələblərə baxmayaraq, bu tərəflər ciddi zədələnmiş konteynerlərə tətbiq olunmayacaq, həmin ölkənin qaydalarına və onun gömrük orqanlarının icazə verdiyi dərəcəyə uyğun olmaq şərtilə, onlar:
a) onların təqdim olunduğu vəziyyəti nəzərə almaqla, təqdim olunduqları anda, tutulacaq idxal rüsum və vergiləri; və ya
b) bu ölkənin sə
Maddələr
Rəsmi mənbə: https://e-qanun.az/framework/4496
Son yoxlanılıb: 2026-09-16