Azərbaycan Respublikasının 2023-cü il 9 dekabr tarixli 555-IIQ nömrəli Qanunu ilə qoşulduğu "Gömrük Prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya" (dəyişdirilmiş redaksiyada)
«Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması
haqqında» Beynəlxalq Konvensiyanın dəyişdirilməsi
haqqında Protokola və «Gömrük prosedurlarının
sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq
Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulmaq
barəsində
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1999-cu il iyunun 26-da Brüssel şəhərində qəbul edilmiş
«Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq
Konvensiyanın dəyişdirilməsi haqqında Protokola və «Gömrük prosedurlarının
sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş
redaksiyada) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 9 dekabr 2003-cü il
№ 555-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298)
(«VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 712) («VneshExpertService» LLC).
Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması
haqqında Beynəlxalq Konvensiyanın dəyişdirilməsi
haqqında
Protokol
1999-cu il iyunun 26-da Brüsseldə qəbul edilmişdir
Bundan sonra «Şura» adlandırılacaq Gömrük Əməkdaşlığı Şurasının himayədarlığı
altında hazırlanmış, bundan sonra «Konvensiya» adlandırılacaq Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiyanın (1973-cü il mayın 18-də Kiotoda bağlanmış və 1974-cü il sentyabrın 24-də qüvvəyə minmişdir) Razılığa
gələn Tərəfləri
aşağıda sadalanan məqsədlərə:
Razılığa gələn Tərəflərin tətbiq etdiyi gömrük prosedurları və qaydaları arasında olan,
beynəlxalq ticarətə və beynəlxalq mübadilənin digər növlərinə ziyan vura bilən
ixtilafların aradan qaldırılmasına;
beynəlxalq ticarət iştirakçılarının və gömrük xidmətlərinin gömrük qaydalarının və
prosedurlarının asanlaşdırılmasına, sadələşdirilməsinə və uzlaşdırılmasına olan
ehtiyaclarının təmin edilməsinə;
lazımi gömrük qaydalarının tətbiq edilməsinin təmin edilməsinə və gömrük xidmətlərinin kommersiya praktikasındakı, inzibati-təsərrüfat idarəçiliyinin forma və metodlarındakı ən mühüm dəyişikliklərə adekvat reaksiya verməsi imkanına nail olmaq üçün Konvensiyada dəyişikliklər edilməsinə ehtiyac olduğunu nəzərə alaraq,
həmçinin dəyişikliklər edilmiş Konvensiyanın:
dəyişdirilmiş Konvensiyanın Razılığa gələn Tərəflərinin sadələşdirmə və
uzlaşdırılmanın əsas prinsiplərinə əməl edilməsinin məcburiliyini təmin etməli
olduğunu;
gömrük xidmətlərini lazımi və effektiv nəzarət metodları ilə təmin edilmiş təsirli
prosedurlarla təmin etməli olduğunu;
şuranın başlıca məqsədlərindən biri kimi, gömrük qaydaları və prosedurlarının
sadələşdirilməsi və uzlaşdırılmasının yüksək dərəcəsinə nail olmaq üçün şərait
yaratmalı və beləliklə, beynəlxalq ticarət üçün əlverişli şərait yaradılmasına
mühüm töhfə verməli olduğunu nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Konvensiyanın Preambulasının və Maddələrinin dəyişdirilmiş mətni bu Protokolun I
Əlavəsində verilmişdir.
Maddə 2
Konvensiyaya Əlavələr Protokolun II Əlavəsində verilən Baş Əlavədə və bu Protokolun III Əlavəsində verilmiş Xüsusi Əlavələrlə əvəzlənmişdir.
Maddə 3
1. Konvensiyanın istənilən Razılığa gələn Tərəfi aşağıdakı yolla bu Protokol üzrə
öhdəlikləri, o cümlədən ona I və II Əlavələri qəbul etməyə razılığını bildirməyə haqlıdır:
(a) ratifikasiyası barədə qeyd-şərt irəli sürmədən onu imzalamaqla;
(b) ratifikasiyaya dair qeyd-şərtlə imzalandıqdan sonra ratifikasiyaya dair sənədi
saxlamaq üçün verməklə;
(c) ona qoşulmaqla.
2. Bu Protokol 2000-ci ilin iyun ayının 30-dək Şuranın Brüsseldəki mənzil-qərargahında Konvensiyanın Razılığa gələn Tərəflərinin imzalanması üçün açıqdır. Bu müddət
keçdikdən sonra o, qoşulma üçün açıq olur.
3. Bu Protokol, o cümlədən ona I və II Əlavələr, Razılığa gələn qırx Tərəf ratifikasiyaya dair qeyd-şərtsiz bu Protokolu imzaladıqdan
Maddələr
Rəsmi mənbə: https://customs.gov.az/uploads/legislation/904/8c660de6c000fc861fb63e1377433ac3.pdf?v=1685519261
Son yoxlanılıb: 2026-09-16