Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14 may 2005-ci il tarixli 045 nömrəli Əmri ilə təsdiq edilmiş "Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları"
“Dövlət qeydiyyatına alınmışdır” “Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi Dövlət Gömrük Komitəsi
Qeydiyyat № 3152 Əmr № 045
25 may 2005-ci il 14 may 2005-ci il
Nazir __________F.Məmmədov Sədr __________ K.Heydərov
Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və Beynəlxalq Yük Daşımaları (bundan sonra — BYD) kitabçasının rəsmiləşdirilməsi Qaydaları 1975-ci ildə qəbul edilmiş BYD kitabçasından istifadə etməklə, Beynəlxalq Yük Daşımalarına dair Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975) tələblərinə uyğun olaraq hazırlanmışdır.
BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları Azərbaycan Respublikasında malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə aralıq yüklənməsi həyata keçirilmədən, Razılığa gələn tərəflərdən birinin göndərən gömrük orqanlarından bir və ya bir neçə sərhəd keçməklə digər Razılığa gələn tərəfin təyinat gömrük orqanına daşımasına aiddir, bu şərtlə ki, BYD-nın başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.
1.2. Mallar Azərbaycan Respublikasının gömrük ərazisində BYD zamanı aralıq gömrük orqanında idxal və ya ixrac rüsumlarının və yığımlarının ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir.
1.3. Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar, bir qayda olaraq, aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar.
Müstəsna hallarda, pozuntuya şübhə olduğu təqdirdə, gömrük orqanları tərəfindən yüklər üzərində gömrük yoxlaması keçirilə bilər.
1.4. Qaydalarda aşağıdakı terminlərdən istifadə olunur:
a) “BYD” — 1975-ci il BYD Konvensiyasının tələblərinə uyğun müəyyən edilmiş qaydalara riayət etməklə, göndərən gömrük orqanından təyinat gömrük orqanına qədər yüklərin daşınmasıdır;
b) “BYD əməliyyatı” — Razılığa gələn tərəfin göndərən və ya giriş (aralıq) gömrük orqanından təyinat və ya çıxış (aralıq) gömrük orqanına qədər həyata keçirilən BYD daşımalarının hissəsi deməkdir.
c) “BYD əməliyyatının başlanğıcı” — nəzarət məqsədi üçün yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə göndərən və ya giriş (aralıq) gömrük orqanına təqdim olunması və BYD kitabçasının həmin gömrük orqanları tərəfindən rəsmiləşdirmə üçün qəbul edilməsi deməkdir;
d) “BYD əməliyyatının dayandırılması” — nəzarət məqsədi üçün yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış (aralıq) gömrük orqanına təqdim edilməsi deməkdir;
e) “BYD əməliyyatının başa çatması” — Razılığa gələn tərəfin gömrük orqanları tərəfindən konkret BYD əməliyyatının lazımi qaydada dayandırılması faktının qəbul edilməsi deməkdir. Bu, gömrük orqanları tərəfindən təyinat və ya çıxış (aralıq gömrük orqanı) gömrük orqanında mövcud olan məlumatların göndərən və ya giriş (aralıq gömrük orqanı) gömrük orqanlarında mövcud olan məlumatlarla müqayisə edilməsi əsasında müəyyənləşdirilir.
f) “yol nəqliyyatı vasitəsi” — mexaniki hərəkət edən nəqliyyat vasitəsi və onların buksirə aldıqları istənilən qoşqu və yarıqoşqular;
p) “nəqliyyat vasitələrinin qatarı” — yol hərəkətində vahid tam şəklində iştirak edən bir-birinə qoşulmuş nəqliyyat vasitələri;
k) “göndərən gömrük orqanı” — bütün yükün və ya onun hissəsinin BYD başladığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;
i) “təyinat gömrük orqanı” — bütün yük və ya onun hissəsi üçün BYD başa çatmış Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;
m) “aralıq gömrük orqanı” — BYD-da yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı, yaxud konteynerlərin daxil olduğu və ya çıxdığı Razılığa gələn tərəfin hər hansı
Rəsmi mənbə: https://e-qanun.az/framework/10253
Son yoxlanılıb: 2026-09-16