Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 22 iyul 2014-cü il tarixli 100/02/002 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması Qaydaları"
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI
№100/02/002
Bakı şəhəri
“22” iyul 2014-cü il
“Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin KollegiyasıAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən
QƏRARA ALIR:
1. “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Kollegiyanın sədri
Aydın Əliyev
Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/02/002 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının 28.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmə (patrulluq) və gömrük müşahidəsinin aparılması ilə əlaqədar məsələləri tənzimləyir.
1.2. Keşik çəkmə (patrulluq) və gömrük müşahidəsi - Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Məcəllə) 92-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən gömrük nəzarətinin formasıdır.
1.3. Keşik çəkmə (patrulluq)- gömrük orqanının vəzifəli şəxsinin piyada və ya nəqliyyat vasitəsi ilə gömrük orqanı tərəfindən fəaliyyət ərazisində müəyyən olunmuş marşrutla hərəkət etməklə, gömrük nəzarətinin həyata keçirilməsi, Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının (bundan sonra - gömrük qanunvericiliyinin) tələblərinə riayət olunmasına nəzarət edilməsi, hüquqazidd hərəkətlərin, onların törədilməsinə səbəb olan halların (səbəb və şəraitin) aşkar və xəbərdar edilməsi, qarşısının alınması, habelə profilaktikası üzrə təkbaşına və ya keşikçi (patrul) dəstəsinin tərkibində həyata keçirilən fəaliyyətidir.
1.4. Gömrük müşahidəsi - gömrük qanunvericiliyinə riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin daşınması, onlarla yükləmə-boşaltma işləri və digər yük əməliyyatlarının aparılması üzərində aşkar və məqsədyönlü şəkildə həyata keçirilən vizual müşahidədir.
2. Keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılmasının təşkili və qaydası
2.1. Məcəllənin 56.1 və 56.2-ci maddələrinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük qanunvericiliyinin müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirərkən gömrük ərazisindəki aşağıdakı yerlərdə keşik çəkməni (patrulluğu) və gömrük müşahidəsini aparmaq hüququna malikdirlər:
2.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə;
2.1.2. dəmiryol vağzallarında və stansiyalarında, orada yerləşən tikililərdə, habelə dəmiryolunun
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/28219
Son yoxlanılıb: 2026-09-16