Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 15 oktyabr 2014-cü il tarixli 100/04/003 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları"
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI
Qəbul edildiyi tarix 14.10.2014
Qeydiyyat nömrəsi 100/04/003
Adı “Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Qüvvəyə minmə tarixi 29.10.2014
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu 360.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201410144003
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28.10.2014
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən
QƏRARA ALIR:
1. “Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 022 nömrəli, 2 aprel 1999-cu il tarixli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 23 aprel 1999-cu il tarixdə 159 nömrə ilə qeydə alınmış “Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydaları” ləğv edilsin.
3. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Kollegiyanın sədri Aydın Əliyev
Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/04/003 nömrəli, 15 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
Gömrük nəzarəti zonalarının yaradılması və nişanlanması Qaydaları
Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının 28.7-ci bəndinə əsasən hazırlanmışdır və gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacaqlarında, gömrük orqanlarının olduğu yerlərdə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) müəyyən etdiyi digər yerlərdə Komitə tərəfindən gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.2.1. gömrük nəzarəti zonası – bu Qaydaların 1.1-ci bəndində göstərilmiş yerlərdə mal və nəqliyyat vasitələri, o cümlədən şəxslər üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinin (bundan sonra - gömrük ərazisi) gömrük orqanları tərəfindən xüsusi ayrılmış və nişanlanmış hissəsi;
1.2.2. gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyəti - gömrük orqanlarının icazəsi və nəzarəti altında gömrük nəzarəti zonalarında şəxslərin istehsal və digər kommersiya fəaliyyəti;
1.2.3. gömrük nəzarəti zonalarında rejim qaydaları - gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkətini, eləcə də istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsini tənzimləmək məqsədilə müəyyən olunmuş qaydalar;
1.2.4. müvəqqəti gömrük nəzarəti zonaları - müəyyən qısa müddətli istehsal və digər kommersiya fəaliyyəti tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin istehsal və digər kommersiya fəaliyyəti tədbirlərinin üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə gömrük ərazisinin gömrük orqanları tərəfindən xüsusi ayrılmış və nişanlanmış hissəsi;
1.2.5. gömrük nəzarəti zonalarının nişanlanması - gömrük nəzarəti zonasının giriş və çıxışının nişanlanması, gömrük nəzarəti zonası daxilində hərəkətin tənzimlənməsi üçün yol niş
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/28574
Son yoxlanılıb: 2026-09-16