Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
SƏRƏNCAM
№ 100/143
Bakı şəhəri
31.10.2014-cü il
Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının
və metodiki tövsiyələrinin təsdiqi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”ndan və “Normativ hüquqi aktlardan irəli gələn vəzifələr haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 04 avqust 2014-cü il tarixli, 100/097 nömrəli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.11-ci yarım bəndinə əsasən:
1. Gömrük bəyannamələrinin doldurulması aşağıdakı metodikaları və metodiki tövsiyələri təsdiq edilsin: (Əlavə olunur)
1.1. “Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası”;
1.2. “Dövri Bəyannamənin doldurulması Qaydalarının Metodikası”;
1.3. “Əlavə Bəyannamənin (Səlahiyyətli İqtisadi Operatorlar) doldurulması Qaydalarının Metodikası”;
1.4. “Əlavə Bəyannamənin (yardım yükləri) doldurulması Qaydalarının Metodikası”;
1.5. “Natamam Bəyannamənin doldurulması Qaydalarının Metodikası”;
1.6. “Qısa İdxal Bəyannaməsinin doldurulması Qaydalarının Metodikası”;
1.7. “Qısa İxrac Bəyannaməsinin doldurulması Qaydalarının Metodikası”;
1.8. “Sadələşdirilmiş Bəyannamənin (Səlahiyyətli İqtisadi Operatorları) doldurulması Qaydalarının Metodikası”;
1.9. “Sadələşdirilmiş Bəyannamənin (yardım yükləri) doldurulması Qaydalarının Metodikası”;
1.10. “Təkrar İxrac Bildirişinin doldurulması Qaydalarının Metodikası”;
1.11. “Mallar daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə”;
1.12. “Mallar gömrük anbarında saxlanc və müvəqqəti saxlanc anbarında saxlanc xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə”;
1.13. “Mallar müvəqqəti ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük prosedurları altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə”;
1.14. “Mallar son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə”;
1.15. “Mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə”;
1.16. “Malların təkrar ixrac proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra GB) doldurulmasına dair Metodiki Tövsiyə”;
1.17. “Mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilərkən gömrük bəyannamələrinin (bundan sonra - GB) doldurulmasına dair Metodiki Tövsiyə”.
2. Komitə sisteminə daxil olan gömrük orqanlarının rəhbərlərinə tapşırılsın ki, yuxarıda qeyd olunan gömrük bəyannamələrinin doldurulması metodikalarından və metodiki tövsiyələrindən irəli gələn tələblərin yerinə yetirilməsini təmin etsinlər.
3. İşlər İdarəsi (Rizvan Mustafayev) sərəncamın və ona əlavə olunmuş sənədlərin aidiyyəti üzrə göndərilməsinin təmin etsin.
Sədr Aydın Əliyev
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin 31.10.2014-cü il
tarixli, 100/143 sərəncamı ilə təsdiq
edilmişdir.
Gömrük bəyannamələrinin doldurulması
qaydasının Metodikası
1. Ümumi müddəalar
1.1. Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası (bundan sonra Metodika) malların ixrac və idxalı üzrə gömrük bəyannamələrinin (sonrakı yazılışlarda - GB) doldurulma qaydasının metodikasını müəyyən edir.
1.2. GB kağız üzərində yazılı və ya “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbləri nəzərə alınmaqla elektron şəkildə doldurulur.
1.3. GB əsas vərəqdən və bu Metodikada nəzərdə tutulan hallarda əlavə vərəqlərdən (bu Metodikanın 1 saylı Əlavəsi) ibarətdir.
1.4. GB-nin əsas vərəqi bir müqavilə və ya şəx
Rəsmi mənbə: https://customs.gov.az/uploads/legislation/772/f2e0ba5012c4f7aab3cbafcfdc4403e9.pdf?v=1649338715
Son yoxlanılıb: 2026-09-16