Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİ
(Bu Məcəllə Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra – Məcəllə) Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.
Ümumİ hİssə
I Bölmə
Ümumİ müddəalar
fəsİl 1
Əsas müddəalar
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
1.1. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:[1]
1.1.1. adi işləmə formaları – malların qorunması, qablaşdırılması, markalanması, habelə xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədilə onların yenidən qablaşdırılması, qablaşdırma yerlərinin qruplaşdırılması və çeşidlənməsi;
1.1.2. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatların gömrük orqanına şifahi və ya yazılı, o cümlədən elektron formada bəyan edilməsi;
1.1.3. bəyannaməçi – gömrük bəyannaməsini, müvəqqəti saxlanc və ya qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş, əlavə, dövri və ya natamam bəyannamələri, yaxud təkrar ixrac bildirişini təqdim edən və ya adından həmin gömrük sənədləri təqdim edilən şəxs;
1.1.4. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;
1.1.5. daxili mallar – Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış mallar;
1.1.6. emal əməliyyatları – malların emalı, təkrar emalı, təmiri, quraşdırılması, yığılması, başqa mallara uyğunlaşdırılması, hazırlanması, bərpa olunması, qaydaya salınması da daxil olmaqla emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə edilməsi;
1.1.7. emal məhsulları – emal xüsusi gömrük prosedurları altında yerləşdirilərək emal əməliyyatlarından keçmiş mallar;
1.1.8. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;
1.1.9. göndərən gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;
1.1.10. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannaməçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan gömrük sənədi;
1.1.11. gömrük əməliyyatları – malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına təqdim olunması, bəyan edilməsi, malların boşaldılması, yüklənməsi, çeşidlənməsi, sayılması, çəkilməsi, ölçülməsi, eyniləşdirilməsi, adi işləmə formalarına məruz qalması, gömrük ekspertizasının aparılması, gömrük ödənişlərinin hesablanması və ödənilməsi, malların buraxılışının həyata keçirilməsi, gömrük müşayiəti, habelə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları və şəxslər tərəfindən həyata keçirilən gömrük qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra – beynəlxalq müqavilə) nəzərdə tutulmuş digər hərəkətlər;
1.1.12. gömrük müşayiəti – gömrük orqanları tərəfindən gömrük nəzarəti altında olan malların gömrük ərazisində daşınmasının təmin olunması ilə əlaqədar həyata keçirilən gömrük əməliyyatı;
1.1.13. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
1.1.14. gömrük
Maddələr
- Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
- Maddə 2. Gömrük işi və gömrük tənzimlənməsi
- Maddə 3. Gömrük ərazisi və gömrük sərhədi
- Maddə 4. Gömrük qanunvericiliyi
- Maddə 5. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları
- Maddə 6. Gömrük orqanları və onların fəaliyyəti
- Maddə 7. Gömrük orqanlarının vahid sistemi
- Maddə 8. Gömrük orqanlarının vəzifələri
- Maddə 9. Gömrük orqanlarının hüquqları
- Maddə 10. Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar
- Maddə 11. Gömrük orqanlarının atributları
- Maddə 12. Gömrük orqanlarının digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyəti
- Maddə 13. Gömrük orqanları tərəfindən “bir pəncərə” prinsipinin tətbiqi
- Maddə 13-1. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi[27]
- Maddə 14. Gömrük orqanlarının beynəlxalq əməkdaşlığı
- Maddə 15. Gömrük orqanlarının fəaliyyəti üçün şərait yaradılması
- Maddə 16. Gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar
- Maddə 17. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması
- Maddə 18. Gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılması və işlərə baxılması
- Maddə 19. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti
- Maddə 20. Gömrük orqanlarının təhlükəsizliyini təmin edən tədbirlər
- Maddə 21. Gömrük təmsilçisi
- Maddə 22. Dolayı gömrük təmsilçiliyi[30]
- Maddə 23. Birbaşa gömrük təmsilçiliyi[31]
- Maddə 24. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi[32]
- Maddə 25. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər
- Maddə 26. İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi
- Maddə 27. İxtisas attestatının verilməsinə görə gömrük yığımı[37]
- Maddə 28. Gömrük daşıyıcısı
- Maddə 29. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi[40]
- Maddə 30. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə dövlət rüsumu[41]
- Maddə 31. Səlahiyyətli iqtisadi operator statusu
- Maddə 32. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi şərtləri [43]
- Maddə 32-1. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə dövlət rüsumu[44]
- Maddə 33. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə
- Maddə 34. Gömrük prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi
- Maddə 35. İnformasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat vasitələrinin sertifikatlaşdırılması
- Maddə 36. Gömrük orqanlarının informasiya ehtiyatları
- Maddə 37. Məlumatların mübadiləsi
- Maddə 38. Gömrük orqanları ilə səlahiyyətli iqtisadi operatorlar arasında əlavə məlumat mübadiləsi
- Maddə 39. Gömrük orqanları tərəfindən məlumatların təqdim olunması və məsləhətvermə
- Maddə 40. Sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunması
- Maddə 41. Məlumatların mühafizəsi
- Maddə 42. Ümumi müddəalar
- Maddə 43. Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə
- Maddə 44. İstifadəçilər
- Maddə 45. İstifadəçilər üçün müəyyən edilmiş şərtlər
- Maddə 46. İstifadəçinin təsdiqinin ləğvi
- Maddə 47. Məlumatların qeydiyyatı
- Maddə 48. Ümumi müddəalar
- Maddə 49. Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi
- Maddə 50. Məcburi qərarlar
- Maddə 51. Şəxsin şikayətvermə hüququ
- Maddə 52. Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları
- Maddə 53. Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu
- Maddə 54. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi
- Maddə 55. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün təminat
- Maddə 56. Keşik çəkmə (patrulluq) və müşahidə
- Maddə 57. Nəqliyyat vasitələrinə daxilolma
- Maddə 58. Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması
- Maddə 59. Nəqliyyat vasitələrində olan malların mühafizəsi
- Maddə 60. Şəxslərin sorğu-sual edilməsi
- Maddə 61. Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət sənədi və digər məsələlər barədə sorğu-sual edilməsi
- Maddə 62. Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması
- Maddə 63. Köməkçi vasitələrdən istifadə etməklə şəxslərin və onlara məxsus baqajın ilkin yoxlanılması[64]
- Maddə 64. Şəxsi yoxlama
- Maddə 65. Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması
- Maddə 66. Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması
- Maddə 67. Mallarla bağlı hesabatın təqdim olunması[72]
- Maddə 68. Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi
- Maddə 69. Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi
- Maddə 70. Sənədlərin təqdim edilməsinə dair tələblər
- Maddə 71. Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər
- Maddə 72. Xarici dildə olan sənədlər (məlumatlar)
- Maddə 73. Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb saxlanılması
- Maddə 74. Sənədlərin gömrük auditi
- Maddə 75. Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması[75]
- Maddə 76. Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin və malların götürülüb saxlanılması [76]
- Maddə 77. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və odlu silahdan istifadənin şərtləri və hüdudları
- Maddə 78. Fiziki qüvvənin tətbiqi
- Maddə 79. Xüsusi vasitələrin tətbiqi
- Maddə 80. Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə
- Maddə 81. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarının və ya tələblərinin icrasının məcburiliyi
- Maddə 82. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi
- Maddə 83. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti
- Maddə 84. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə
- Maddə 85. Gömrük nəzarətinin həyata keçirilməsində texniki nəzarət vasitələrindən istifadə
- Maddə 86. Gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanları tərəfindən dəniz (çay) və hava gəmilərindən istifadə
- Maddə 87. Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi
- Maddə 88. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin inventarlaşdırılması
- Maddə 89. Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması
- Maddə 90. Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi
- Maddə 91. Bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin malların və nəqliyyat v
- Maddə 92. Gömrük nəzarətinin formaları
- Maddə 92-1. Gömrük baxışı [93]
- Maddə 92-2. Gömrük yoxlaması[94]
- Maddə 93. Gömrük nəzarəti zonaları
- Maddə 94. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar
- Maddə 95. Sənədlərin və məlumatların saxlanılması
- Maddə 96. Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə tanış olmasının təmin edilməsi
- Maddə 97. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün tərcüməçilərin, mütəxəssislərin və ekspertlərin cəlb edilməsi [99]
- Maddə 98. Gömrük auditi [102]
- Maddə 98-1. Kameral gömrük auditi[104]
- Maddə 98-2. Səyyar gömrük auditi[105]
- Maddə 98-3. Səyyar gömrük auditinin keçirilməsi zamanı şəxsin sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olması
- Maddə 98-4. Səyyar gömrük auditi zamanı sənədlərin tələb edilməsi[107]
- Maddə 98-5. Səyyar gömrük auditi zamanı sənədlərin və mal nümunələrinin götürülməsi[108]
- Maddə 98-6. Səyyar gömrük auditinin nəticələrinin rəsmiləşdirilməsi[109]
- Maddə 98-7. Səyyar gömrük auditinin nəticələri üzrə qərarın çıxarılması[110]
- Maddə 99. Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən akta dair ümumi tələblər [111]
- Maddə 100. Ümumi müddəalar
- Maddə 101. Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti
- Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası
- Maddə 103. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri
- Maddə 104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması
- Maddə 105. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi
- Maddə 106. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
- Maddə 107. Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük rəsmiləşdirilməsində iştirakı
- Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri gömrük əməliyyatları [126]
- Maddə 109. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil
- Maddə 110. Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələrin götürülməsi
- Maddə 111. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası[128]
- Maddə 112. Yardım yükləri
- Maddə 113. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi
- Maddə 114. Qısa idxal bəyannaməsinin təqdim edilməsi
- Maddə 115. Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi və onun ləğvi [134]
- Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi və ilkin məlumatlar [136]
- Maddə 117. Malların gətirildiyi yer
- Maddə 118. Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti
- Maddə 119. Malların müvafiq yerə çatdırılması
- Maddə 120. Malların xüsusi şəraitdə çatdırılması
- Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi
- Maddə 122. Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi
- Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi
- Maddə 124. Malların müvəqqəti saxlanca yerləşdirilməsi [143]
- Maddə 124-1. Müvəqqəti saxlanc bəyannaməsi[144]
- Maddə 124-2. Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər[145]
- Maddə 124-3. Malların müvəqqəti saxlancda qalma müddəti[146]
- Maddə 125. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyanetmə öhdəliyi
- Maddə 126. Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi
- Maddə 127. Daxili malların ixracı
- Maddə 128. Xarici malların təkrar ixracı
- Maddə 129. Qısa ixrac bəyannaməsinin təqdim edilməsi, ona düzəlişlərin edilməsi və ləğvi [150]
- Maddə 129-1. Təkrar ixrac bildirişi [152]
- Maddə 130. Müvəqqəti ixrac
- Maddə 131. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi
- Maddə 132. Nəqliyyat vasitələrinin sahiblərinə, heyət üzvlərinə və sərnişinlərinə dair tələblər
- Maddə 133. Gömrük ərazisinə daxil olan gəminin dayandırılması
- Maddə 134. Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olması
- Maddə 135. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi
- Maddə 136. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd
- Maddə 137. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə daxilolma
- Maddə 138. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin təqdim olunması
- Maddə 139. Nəqliyyat vasitəsinin gömrük sahəsindən yola düşməsi
- Maddə 140. Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar
- Maddə 141. Şəxslərin gömrük ərazisinə daxil olması
- Maddə 142. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindən düşmə
- Maddə 143. Şəxslərin gömrük ərazisindən yola düşməsi
- Maddə 144. Nəqliyyat vasitəsinə daxilolma
- Maddə 145. Baqajın gömrük orqanlarına təqdim olunması
- Maddə 146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri
- Maddə 147. Daxili malların bəyan edilməsi
- Maddə 148. Bəyannaməçi
- Maddə 149. Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti
- Maddə 150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər
- Maddə 151. Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması
- Maddə 152. Gömrük bəyannaməsinin təsdiqi
- Maddə 153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi
- Maddə 154. Gömrük bəyannaməsinin ləğvi
- Maddə 155. Sadələşdirilmiş bəyannamələr
- Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr
- Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması
- Maddə 158. Malların yoxlanılması, prob və nümunələrin götürülməsi
- Maddə 159. Malların qismən (bir hissəsinin) yoxlanılması, onlardan prob və nümunələrinin götürülməsi
- Maddə 160. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri
- Maddə 161. Eyniləşdirmə tədbirləri
- Maddə 162. Malların buraxılışı
- Maddə 163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən asılı olan buraxılış
- Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi
- Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi
- Maddə 166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi
- Maddə 167. İcazələrin və lisenziyaların verilməsi [173]
- Maddə 168. Uçotun aparılması
- Maddə 169. Xüsusi gömrük prosedurunun başa çatması
- Maddə 170. Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürülməsi
- Maddə 171. Malların daşınması
- Maddə 172. Mallarla adi işləmə formaları
- Maddə 173. Ekvivalent mallar
- Maddə 174. Beynəlxalq tranzit
- Maddə 175. Daxili tranzit
- Maddə 175-1. Tranzit xüsusi gömrük proseduru üzrə öhdəliklər [193]
- Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi
- Maddə 177. Anbar və prosedur sahibinin öhdəlikləri [195]
- Maddə 178. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru [196]
- Maddə 179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti [197]
- Maddə 180. Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar[198]
- Maddə 181. Gömrük anbarlarında saxlanc
- Maddə 182. Gömrük anbarlarında malların emalı [200]
- Maddə 183. Malların gömrük anbarında saxlanc müddəti
- Maddə 184. Sərbəst zonanın müəyyən edilməsi
- Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət
- Maddə 186. Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilməsi
- Maddə 187. Sərbəst zonada olan daxili mallar
- Maddə 188. Sərbəst zonada olan xarici mallar
- Maddə 189. Malların sərbəst zonadan kənara çıxarılması
- Maddə 190. Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən malların gömrük statusu
- Maddə 191. Sərbəst zonanın ləğvi
- Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
- Maddə 193. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti
- Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə
- Maddə 195. Son istifadə xüsusi gömrük proseduru
- Maddə 196. Hasilat norması
- Maddə 197. Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
- Maddə 198. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti
- Maddə 199. Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac
- Maddə 200. Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
- Maddə 201. Ödənişsiz təmir edilmiş mallar
- Maddə 202. Standart mübadilə sistemi
- Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı
- Maddə 203-1. Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi
- Maddə 203-2. Rüsumsuz ticarət mağazalarının statusu və gömrük nəzarəti
- Maddə 203-3. Rüsumsuz ticarət mağazalarının fəaliyyətinin hüquqi tənzimlənməsi
- Maddə 203-4. Rüsumsuz ticarət xüsusi gömrük prosedurunun başa çatması
- Maddə 203-5. Rüsumsuz ticarət mağazası ləğv edildikdə malların gömrük rəsmiləşdirilməsi
- Maddə 204. İdxal olunmuş malların kabotaj daşınması
- Maddə 205. İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması
- Maddə 206. Gömrük təminatının vurulması ilə bağlı bildiriş
- Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi
- Maddə 208. Təhlükəsiz ixrac sxemi üzrə tələblər
- Maddə 209. Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər
- Maddə 210. Təhlükəsiz ixrac sxeminin təsdiqi
- Maddə 211. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara gömrük təminatlarının vurulması
- Maddə 212. Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların aparılması
- Maddə 213. Təhlükəsiz ixrac sxeminə yenidən baxılması
- Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi
- Maddə 215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının məhdudlaşdırılması
- Maddə 216. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin xüsusiyyətləri
- Maddə 217. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi
- Maddə 218. Gömrük tarifi
- Maddə 219. Malların tarif təsnifatı
- Maddə 220. Malların gömrük məqsədləri üçün dəyərləndirilməsi
- Maddə 221. Gömrük dəyərinə düzəlişlərin edilməsi
- Maddə 222. Malların qeyri-preferensial mənşəyi
- Maddə 223. Malların preferensial mənşəyi
- Maddə 224. Gömrük ödənişləri
- Maddə 225. Gömrük rüsumları
- Maddə 226. Gömrük rüsumlarının növləri
- Maddə 227. Gömrük orqanları tərəfindən alınan vergilər
- Maddə 228. Əlavə dəyər vergisi
- Maddə 229. Aksizlər
- Maddə 230. Yol vergisi
- Maddə 231. Gömrük yığımları
- Maddə 232. Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları
- Maddə 233. Gömrük hərraclarında iştiraka görə haqq
- Maddə 233-1. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı[234]
- Maddə 234. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə s
- Maddə 235. Ratifikasiya olunan beynəlxalq müqavilələrə münasibətdə gömrük ödənişlərinin tətbiqi
- Maddə 236. Gömrük borcunun ödənildiyi valyuta
- Maddə 237. Gömrük borcunun yarandığı yer
- Maddə 238. Malların idxalı üzrə gömrük borcu
- Maddə 239. Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu
- Maddə 239-1. Ödənilmiş gömrük ödənişlərinin yaranmış gömrük borcu üzrə nəzərə alınması [237]
- Maddə 240. Malların ixracı üzrə gömrük borcu
- Maddə 241. Malların ixracı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu
- Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları
- Maddə 243. Gömrük borcunun ödənilməsi müddətləri
- Maddə 244. Gömrük borcunun ödənilməsi qaydaları
- Maddə 245. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs
- Maddə 246. Gömrük borcunun ödənilməsinə möhlət verilməsi
- Maddə 247. Dəbbə pulu
- Maddə 248. Gömrük sərhədindən qanunsuz keçirilmiş və ya şərti buraxılmış mallara görə gömrük borcunun hesablanması
- Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri
- Maddə 250. Ümumi müddəalar
- Maddə 251. Məcburi təminat
- Maddə 252. Fakültativ (məcburi olmayan) təminat
- Maddə 253. Təminatın seçilməsi
- Maddə 254. Zamin şəxs
- Maddə 255. Əhatəli təminat
- Maddə 256. Əlavə və yaxud əvəzedici təminat
- Maddə 257. Təminatın başa çatması
- Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları
- Maddə 259. Girov
- Maddə 260. Veksel zaminliyi (aval)
- Maddə 261. Qarantiya [251]
- Maddə 262. Pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi
- Maddə 263. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta müqavilələrindən istifadə olunması
- Maddə 264. Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyi
- Maddə 265. Avans ödəmələr
- Maddə 266. Ümumi müddəalar
- Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar
- Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması
- Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması
- Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət
- Maddə 271. Gömrük borcunun ləğvi
- Maddə 272. Gömrük orqanları valyuta nəzarəti orqanı kimi
- Maddə 273. Gömrük orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri
- Maddə 274. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntularına görə məsuliyyət
- Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi
- Maddə 276. Gömrük orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri
- Maddə 277. Məlumatın məxfiliyinə riayət edilməsi
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/46957
Son yoxlanılıb: 2026-09-16