Azərbaycan Respublikasının Əmək MəcəlləsiAZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ[1] (Bu Məcəllə Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində: müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi; Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları; Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. [2] I bölmə Ümumi normalar Birinci fəsil Əsas müddəalar Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi;[3] əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar [4] 1. Müəssisə – dövlət və ya bələdiyyə orqanı (qurumu), mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. [5] KMQ14 2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 2-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla).[6] 2-2. Ailə vəzifələri olan işçi – tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürüləMaddələrMaddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarMaddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləriMaddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar [4]Maddə 4. Bu Məcəllənin tətbiq edildiyi iş yerləriMaddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçularMaddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslərMaddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi KMQ11Maddə 7-1. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilənin şərtləri[25]Maddə 8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydalarıMaddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarıMaddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələriMaddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi[34]Maddə 11. İşəgötürənin əsas hüquqlarıMaddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyətiMaddə 13. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsiMaddə 14. Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri[52]Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanMaddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyiMaddə 17. Məcburi əməyin qadağan edilməsiMaddə 17-1. Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər[67]Maddə 18. Fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə tənzimlənməsiMaddə 19. Həmkarlar ittifaqlarıMaddə 20. İşəgötürənlərin nümayəndəli orqanlarıMaddə 21. Müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində ictimai özünüidarə orqanlarının fəaliyyəti[68]Maddə 21-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri[72]Maddə 22. Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləriMaddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər edilməsinə və icrasına müdaxilənin yolverilməzliyiMaddə 24. Kollektiv müqavilənin və sazişin şərtlərinin məcburiliyiMaddə 25. Kollektiv danışıqlar aparmaq hüququ[74]Maddə 26. Kollektiv danışıqların aparılması qaydasıMaddə 27. Kollektiv danışıqların iştirakçılarına verilən təminatlarMaddə 28. Kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərarın qəbul edilməsiMaddə 29. Kollektiv müqavilənin tərəfləriMaddə 30. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydalarıMaddə 31. Kollektiv müqavilənin məzmunuMaddə 32. Kollektiv müqavilənin qüvvəsiMaddə 33. Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsiMaddə 34. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarətMaddə 35. Kollektiv sazişin növləriMaddə 36. Kollektiv sazişin tərəfləriMaddə 37. Kollektiv sazişin hazırlanması və bağlanması qaydalarıMaddə 38. Kollektiv sazişin məzmunuMaddə 39. Kollektiv sazişin qüvvəsiMaddə 40. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi qaydasıMaddə 41. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarətMaddə 41-1. Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya [105]Maddə 42. Əmək müqaviləsinin tərəfləriMaddə 43. Əmək müqaviləsinin məzmunuMaddə 44. Əmək müqaviləsinin formasıMaddə 45. Əmək müqaviləsinin müddətiMaddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydasıMaddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallarMaddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərMaddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi[140]Maddə 50. Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsiMaddə 51. Sınaq müddətiMaddə 52. Sınaq müddəti müəyyən edilməyən hallarMaddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasıMaddə 54. Əmək şəraitinin təmin edilməsiMaddə 55. Əmək şəraitinin əlavə şərtləriMaddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsiMaddə 57. İşçinin əmək funksiyasıMaddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsiMaddə 59. Başqa işə keçirmə [162]Maddə 60. İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirməMaddə 61. Başqa işçinin əmək funksiyasının icrasıMaddə 62. İşçinin işdən kənar edilməsiMaddə 63. Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsiMaddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsiMaddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləriMaddə 66. Attestasiya olunmayan işçilərMaddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsiMaddə 67-1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası[194]Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinMaddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarıMaddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi [204]Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları[212]Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər[218]Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarMaddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası[226]Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarıMaddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsiMaddə 76. Əmək müqaviləsinə xitam verilməsini məhdudlaşdıran şərtlər[241]Maddə 76-1. Əmək münasibətlərinə xitam verilməsinin işçilərin pay (səhm) iştirakı planı haqqında müqaviləyə təsiri[243]Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarıMaddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərMaddə 79. Əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar[256]Maddə 80. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar [264]Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsiMaddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsiMaddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasıMaddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) məzmunu[270]Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydalarıMaddə 86. Əmək müqavilələrinin və əmrlərin (sərəncamların, qərarların) saxlanılmasının təmin edilməsi[281]Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar[286]Maddə 88. İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləriMaddə 89. Tam iş vaxtı və onun müddətiMaddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsiMaddə 91. Qısaldılmış iş vaxtıMaddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddətiMaddə 93. Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtıMaddə 94. Natamam iş vaxtıMaddə 95. İş vaxtının rejimiMaddə 96. İş vaxtının cəmlənmiş uçotuMaddə 97. Gecə vaxtı yerinə yetirilən işin müddəti[298]Maddə 98. İşçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinin xüsusiyyətləri[300]Maddə 99. İş vaxtından artıq işMaddə 100. İş vaxtından artıq işlərin son həddiMaddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallarMaddə 102. İş vaxtının uçotuMaddə 103. İstirahət və nahar üçün fasiləMaddə 104. İstirahət günləriMaddə 105. Bayram günləri [313]Maddə 105-1. Səsvermə günü [321]Maddə 106. Ümumxalq hüzn günüMaddə 106-1. Azərbaycan Respublikasında Anım Günü[322]Maddə 107. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyiMaddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti[324]Maddə 109. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi [327]Maddə 110. İşçilərin məzuniyyət hüququMaddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarıMaddə 112. Məzuniyyətin növləriMaddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş iliMaddə 114. Əsas məzuniyyət və onun müddətləriMaddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləriMaddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydasıMaddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləriMaddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləriMaddə 118-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti[343]Maddə 119. Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləriMaddə 120. Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti[345]Maddə 121. Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləriMaddə 122. Yaradıcılıq məzuniyyətləri və onların müddətləriMaddə 123. Ödənişli təhsil məzuniyyətləriMaddə 124. Təhsil məzuniyyətlərinin müddətləriMaddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlərMaddə 126. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqlarıMaddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarıMaddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququMaddə 129. Ödənişsiz məzuniyyətlərin növləriMaddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləriMaddə 131. Əmək məzuniyyətinin verilməsi qaydasıMaddə 132. Əmək məzuniyyəti hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər[376]Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilikMaddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasıMaddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi[385]Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasıKM4Maddə 137. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydasıMaddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasıMaddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləriMaddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsiMaddə 141. Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsiMaddə 142. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələriMaddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsiMaddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi[398] KMQ16Maddə 145. Məzuniyyətlərin verilməsi zamanı kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə tənzimlənən qaydalarMaddə 146. İşin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi[402]Maddə 147. Əmək normalarıMaddə 148. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılmasıMaddə 149. Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsiMaddə 150. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləriMaddə 151. Hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunmasıMaddə 152. İşəmuzd qiymətlərin ixtiraçılar və səmərələşdiricilər üçün saxlanmasıMaddə 153. Normalaşdırılmış tapşırıqların və xidmət normalarının müəyyən edilməsiMaddə 154. Əmək haqqıMaddə 155. Əmək haqqının minimum məbləğiMaddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsiMaddə 157. Əməyin ödənilməsi sistemi və növləriMaddə 158. Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydalarıMaddə 159. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqıMaddə 160. Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsiMaddə 161. Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsiMaddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsiMaddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsiMaddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsiMaddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsiMaddə 166. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi[418]Maddə 167. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydasıMaddə 168. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydasıMaddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsiMaddə 170. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi şərtiMaddə 171. Natamam iş vaxtında əməyin ödənilməsiMaddə 172. Əmək haqqının verilməsi müddətləriMaddə 173. İşçilərin haqq-hesab sənədləriMaddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidiMaddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydasıMaddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması KMQ10Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydasıMaddə 178. Əməyin ödənilməsinin təminatlarıMaddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar KMQ8Maddə 180. İşçinin müəssisənin mənfəətindən pay almaq hüququ [447]Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsiMaddə 182. Daxili intizam qaydaları[448]Maddə 183. Daxili intizam qaydalarının məzmunu[452]Maddə 184. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsiMaddə 185. Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılmasıMaddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləriMaddə 187. İntizam tənbehinin verilməsi qaydalarıMaddə 188. İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxsMaddə 189. İntizam tənbehinin verilməsi şərtləriMaddə 190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsiMaddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətiMaddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləriMaddə 193. İşəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyətMaddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləriMaddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallarMaddə 196. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydasıMaddə 197. İşçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydasıMaddə 198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyətiMaddə 199. İşçinin tam maddi məsuliyyətiMaddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanmasıMaddə 201. İşçinin maddi məsuliyyətini istisna edən hallarMaddə 202. Ziyanın məbləğinin müəyyən edilməsiMaddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılmasıMaddə 204. Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsiMaddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydasıMaddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləriMaddə 207. Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilikMaddə 208. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləriKMQ12Maddə 209. Əməyin mühafizəsinin əsas prinsipləriMaddə 210. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin iştirakıMaddə 211. Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsiMaddə 212. Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsiMaddə 213. Əməyin mühafizəsi sahəsində dövlət orqanlarının (qurumlarının), dövlətin adından yaradılan publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan və paylarının (Maddə 214. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləriMaddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələriMaddə 216. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələriMaddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları[499]Maddə 218. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin təmin edilməsiMaddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimiMaddə 220. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsiMaddə 221. Əməyin mühafizəsi fonduMaddə 222. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsiMaddə 223. Əməyin mühafizəsi xidmətləriMaddə 224. Əmək müqaviləsi bağlanarkən işçinin əməyin mühafizəsi hüququna təminatlarıMaddə 225. İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasıMaddə 226. İcbari tibbi müayinələrMaddə 227. Əməyin mühafizəsi şəraiti haqqında işçilərin məlumat almaq hüququMaddə 228. Qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsinin xüsusiyyətləriMaddə 229. Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyətin qadağan edilməsiMaddə 230. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərin təminatlarıMaddə 231. Daha yüngül işə keçirməMaddə 232. İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi və əmək haqqının saxlandığı hallarMaddə 233. Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılmasıMaddə 234. Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda başqa işə keçirməMaddə 235. Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ hüquqi aktlara əməl edilməsinə dövlət nəzarətiMaddə 236. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarətMaddə 237. Əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət sahəsində həmkarlar ittifaqlarının hüquqlarıMaddə 238. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin məsuliyyətiMaddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət[534]Maddə 240. Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləriMaddə 241. Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər[538]Maddə 242. Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılmaMaddə 243. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsiMaddə 244. Uşağın yedizdirilməsi üçün fasilələrMaddə 245. Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılmasıMaddə 246. Uşaqlarını anasız böyüdən işçilər üçün təminatlarMaddə 247. Yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləriMaddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatlarıMaddə 249. İşə qəbul zamanı yol verilən yaş həddiMaddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərMaddə 251. Yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlərMaddə 252. Yaşı 18-dən az olan işçilərin tibbi müayinəsiMaddə 253. Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlərMaddə 254. Yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətə gönMaddə 255. Əmək müqaviləsinə xitam verilməsində yaşı 18-dən az olan işçilərin təminatı[547]Maddə 256. Kənd təsərrüfatı işçilərinin əmək münasibətlərinin tənzimlənməsiMaddə 257. Kənd təsərrüfatı sahəsində iş vaxtının və əməyin ödənilməsinin tənzimlənməsi xüsusiyyətləri[552]Maddə 258. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləriMaddə 259. Kollektiv əmək mübahisələrinin həlli qaydalarının təsir dairəsiMaddə 260. Kollektiv əmək mübahisələrinin predmetiMaddə 261. Kollektiv əmək mübahisəsinin tərəfləriMaddə 262. Kollektiv tələblərin irəli sürülməsiMaddə 263. Kollektiv tələblərə baxılmasıMaddə 264. Kollektiv əmək mübahisəsinin həlli üsullarıMaddə 265. Kollektiv əmək mübahisəsi həllinin barışdırıcı üsullarıMaddə 266. Razılaşdırıcı komissiyada kollektiv əmək mübahisəsinə baxılmasıMaddə 267. Kollektiv əmək mübahisəsinə vasitəçinin iştirakı ilə baxılmasıMaddə 268. Kollektiv əmək mübahisəsinə əmək arbitrajında baxılmasıMaddə 269. Kollektiv əmək mübahisələrinin həllində iştirak edən şəxslərin təminatlarıMaddə 270. Tətil keçirilməsinin hüquqi əsaslarıMaddə 271. Tətil keçirilməsi barədə qərarın qəbul olunmasıMaddə 272. Tətil barədə işəgötürənə məlumat verilməsiMaddə 273. Xəbərdarlıq tətiliMaddə 274. Tətilə başçılıq edən orqanMaddə 275. Tətilin gedişində tərəflərin və müvafiq orqanların vəzifələriMaddə 276. Tətildə iştirakdan imtina etmiş şəxslərin təminatlarıMaddə 277. Tətilçilərin sərbəst toplaşmaq hüququMaddə 278. Tətilin maliyyələşdirilməsiMaddə 279. Tətilin başa çatması və dayandırılmasıMaddə 280. Tətil hüququnun məhdudlaşdırılması və tətillərə yol verilməyən hallarMaddə 281. Tətillərin qadağan edildiyi sahələrMaddə 282. Tətillərin qanunsuz hesab edilməsiMaddə 283. Tətil iştirakçılarının əmək haqqının ödənilməsiMaddə 284. İşəgötürənin lokaut elan etmək hüququ və bu hüququn məhdudlaşdırılmasıMaddə 285. Lokautun qanuniliyinin araşdırılması və işəgötürənin məsuliyyətə cəlb edilməsiMaddə 286. Kollektiv əmək mübahisələrinin həlli qaydalarını pozmağa görə məsuliyyətMaddə 287. Fərdi əmək mübahisələri anlayışıMaddə 288. Fərdi əmək mübahisələrinin predmetiMaddə 289. Fərdi əmək mübahisələrində tərəflərRəsmi mənbə: https://www.e-qanun.az/framework/46943Son yoxlanılıb: 2026-09-16