Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.27-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 355; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 308, № 5, maddə 385, № 8, maddə 655, № 11, maddə 966; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2006, № 4, maddə 297, № 5, maddə 463; 2007, № 5, maddə 543; 2008, № 2, maddə 118; 2010, № 4, maddə 352) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların 3-cü hissəsinin və 1 nömrəli əlavəsinin müddəalarını nəzərə alaraq, fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydalarında müvafiq dəyişikliklər etsin.
4. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 oktyabr 2013-cü il
№ 305
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallara (bu Qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hallardan başqa) şamil edilmir.[1]
1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. malların güzəştli və sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi - fiziki şəxslər tərəfindən malların gömrük ödənişlərindən azad olunmaqla güzəştli və ya gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş bəyannamə (bundan sonra - bəyannamə) ilə Azərbaycan Respublikasının gömrük orqanlarında (bundan sonra - gömrük orqanları) bəyan edilərək, gömrük ödənişləri alınmaqla malların sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi;
1.3.2. fiziki şəxslər - gömrük sərhədindən malları keçirən bu Qaydaların 1.3.3-cü və 1.3.4-cü yarımbəndlərində göstərilən rezident və qeyri-rezidentlər;
1.3.3. rezidentlər - Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan fiziki şəxslər;
1.3.4. qeyri-rezidentlər - bu Qaydaların 1.3.3-cü yarımbəndinin şamil edilmədiyi fiziki şəxslər;
1.3.5. müşayiət olunan baqaj - gömrük sərhədindən fiziki şəxslərin özləri tərəfindən keçirilən mallar;
1.3.6. müşayiət olunmayan baqaj - fiziki şəxslərə məxsus olan, gömrük sərhədindən nəqliyyat və ya poçt təşkilatı tər
Rəsmi mənbə: https://e-qanun.az/framework/27084
Son yoxlanılıb: 2026-09-16