Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"
“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il noyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 iyul 2014-cü il
№ 263
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.
2. Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər
2.1. Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər tərəfindən gömrük məqsədləri üçün aşağıdakı sənəd və məlumatlar həmin orqanlara kağız üzərində yazılı və ya elektron formalarda təqdim edilməlidir:
2.1.1. gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək, risklərin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatlar;
2.1.2. gömrük ərazisindən malların aparılmasına görə gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda risklərin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatlar;
2.1.3. gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumat;
2.1.4. gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olması haqqında məlumat;
2.1.5. gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitəsinin gömrük ərazisindən yola düşməsi haqqında məlumat;
2.1.6. xüsusi gömrük proseduruna icazə sahibi tərəfindən icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə biləcək bütün amillər barədə məlumat;
2.1.7. bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində göstərilən sənədlər.
2.2. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir.
2.3. Elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir.
2.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.
2.5. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə
Rəsmi mənbə: https://e-qanun.az/framework/28199
Son yoxlanılıb: 2026-09-16