Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlər barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları"
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 iyun 2013-cü il
№ 163
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 283.3-cü maddəsinə əsasən hazırlanmışdır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar gömrük sərhədindən fiziki şəxslər tərəfindən az miqdarda keçirilən və ya beynəlxalq poçt göndərişləri ilə göndərilən, o cümlədən istehsal və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara tətbiq edilmir.
2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması və buraxılışın dayandırılma müddətinin uzadılması
2.1. "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri"nə (bundan sonra - Reyestr) daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır.
2.2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin Reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Qaydaların 2.1-ci bəndində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.
2.3. Buraxılışı dayandırılmış mallar barədə gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında "buraxılışı dayandırılmışdır" qeydiyyatı aparılır.
2.4. Buraxılışı dayandırılmış mallara dair qəbul edilmiş qərarın müddəti uzadıldığı halda, gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında buraxılışın dayandırılması müddətinin uzadılması tarixi göstərilməklə qeydiyyat aparılır.
2.5. Eyni gömrük bəyannaməsində pirat və ya kontrafakt olması ehtimal edilən tərkibində əqli mülkiyyət obyektləri olan mallarla birgə bəyan olunmuş digər malların buraxılışı tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılmasına dair qəbul edilmiş qərardan asılı olmayaraq həyata keçirilir.
3. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi
3.1. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması bar
Rəsmi mənbə: https://e-qanun.az/framework/26106
Son yoxlanılıb: 2026-09-16