"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli 230 nömrəli Qərarı
“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurları”, “İxrac nəzarətinin aparılması Qaydaları”, “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”, “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 dekabr 2005-ci il
№ 230
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurları[1]
1. Bu normativ hüquqi sənəd “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarını müəyyən edir.
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarının bütün şəxslər üçün yerinə yetirilməsi məcburidir.
2. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə, son istifadəçilərə ixracına, o cümlədən Azərbaycan Respublikasının ərazisindən tranzit ölkəsi kimi istifadə edilməsinə yol verilmir.
3. Azərbaycan Respublikasının ayrı-ayrı dövlətlərlə bağladığı və Azərbaycan Respublikasının müvafiq qanunları ilə təsdiq edilmiş ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) nəzərdə tutulduğu hallarda, həmin mallar üzrə xarici iqtisadi əməliyyatlar “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə uyğun həyata keçirilir.
4. Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) keçirilməsinə yol verilmir.
5. Azərbaycan Respublikasının müvafiq qanunları ilə qoşulduğu “Nüvə silahlarının yayılmaması haqqında”, “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında” müqavilələrin müddəalarına uyğun olaraq kütləvi qırğın silahlarının yaradılmasında, daşınmasında istifadə edilə bilən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə hər hansı bir dövlətlə xarici iqtisadi əməliyyatların aparılmasına yol verilmir.
6. Azərbayc
Rəsmi mənbə: https://e-qanun.az/framework/12490
Son yoxlanılıb: 2026-09-16