Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2012-ci il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.19-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 oktyabr 2012-ci il
№ 229
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 165.6-cı maddəsinə əsasən hazırlanmışdır və malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.
1.3. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.
2. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi şərtləri
2.1. Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir:
2.1.1. Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;
2.1.2. mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;
2.1.3. təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, həmçinin bu Qaydaların 2.7-ci bəndi ilə müəyyən edilən digər hallar istisna edilməklə, mallar aparıldığı vəziyyətdə olmalıdır.
2.2. İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır.
2.3. Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri standartlarla və həmin kateqoriya mallara aid normativ hüquqi aktlarla müəyyən edilməlidir.[1]
2.4. Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma vaxtı və faktı, eləcə də həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli şəxsinə sübut edilməlidir. Göstərilən halların sübut edilməsi bəyannaməçiyə həvalə olunur.
2.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz.
2.6. Malların təkrar idxalı zamanı gömrük orqanları malların geriyə gətirilməsinin onları aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan və malların eyniləşdirilməsini sübut və dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən həyata keçirilməsinə icazə verirlər.
2.7. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların saxlanmasını təmin etmək üçün kiçik təmir və sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar da aparıla bilər. Belə əməliyyatlar nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır.
2.8. Mallarım aparılması və gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında müəyyən edilir. Müqavilədə və ya digər sənədlərdə istənilən başqa valyutada göstərilən dəyərin hesablanması, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin günə müəyyən edilmiş rəsmi məzə
Rəsmi mənbə: https://e-qanun.az/framework/24442
Son yoxlanılıb: 2026-09-16