Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 31 oktyabr 2012-ci il
№ 252
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 252 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 128.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydaların müddəaları aşağıdakı mallara tətbiq edilmir:
1.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;
1.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;
1.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
2. Malların təkrar ixrac gömrük prosedura altında yerləşdirilməsi şərtləri
2.1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş xarici mallar Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisindən kənara aparıldıqda təkrar ixrac proseduru altında yerləşdirilir.
2.2. Təkrar ixrac zamanı mallara görə ödənilmiş gömrük ödənişləri aşağıdakı şərtlər daxilində şəxsə qaytarılır:
2.2.1. idxal anında malların qüsurlu olması və ya sövdələşmə şərtlərinə cavab verməməsi aşkar edildikdə;
2.2.2. malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə geri qaytarılması nəzərdə tutulduqda;
2.2.3. mallar gömrük ərazisində emal əməliyyatlarına məruz qalmadıqda və ya istifadə olunmadıqda və Gömrük Məcəlləsinin 128.3-cü maddəsi ilə müəyyən edilmiş 1 (bir) il müddətində təkrar ixrac edildikdə.
2.3. Malları istifadə etmədən onların qüsurlu olmasını və ya təkrar ixraca səbəb olmuş şərtlərini aşkar etmək mümkün deyildirsə, belə istifadə gömrük ödənişlərinin qaytarılmasına mane olmamalıdır.
2.4. Təkrar ixraca alternativ olaraq, mallardan dövlətin xeyrinə imtina edilə və ya gömrük orqanının icazəsi ilə gömrük nəzarəti altında həmin mallar məhv edilə bilər. Belə imtina və ya məhvetmə dövlət büdcəsindən xərcə səbəb olmamalıdır.
2.5. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi müraciət etdiyi andan gömrük orqanı bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş halları 3 (üç) iş günü müddətində təsdiqləyib akt tərtib edərək, həmin şəxsə təqdim etməli və ya yazılı şəkildə əsaslandırılmış məktubla təkzib etməlidir.
2.6. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş şərtlərə cavab verən mallar, təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri istisna olmaqla, idxal olunduğu andakı vəziyyətində olmalıdır.
2.7. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanları tərəfindən onların eyniləşdirilməsi mümkün olduqda icazə verilir.
3. Təkrar ixrac gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi
3.1. Təkrar ixrac olunan mallar aparılarkən onların gömrük rəsmiləşdirilməsi zamanı mallara dair səlahiyyətli şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş formada ərizə ilə müraciət edilir.
3.2. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi malları, onlara dair idxal gömrük bəyannaməsini, kommersiya v
Rəsmi mənbə: https://e-qanun.az/framework/24518
Son yoxlanılıb: 2026-09-16