Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 iyul tarixli 160 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 479) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 2 sentyabr 2013-cü il
№ 244
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti ixrac proseduru altında təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar yerləşdirilir.
1.2. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük ərazisindən kənarda istifadə olunur.
1.3. Təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili mallar eyni vəziyyətdə təkrar idxal olunmalıdır.
1.4. Təkrar idxal edilən malların eyniləşdirilməsinin mümkün olması şərtilə, onların qorunmasını təmin etmək üçün mallar üzərində təmir, texniki xidmət və malların normal vəziyyətdə saxlanılması ilə bağlı digər zəruri əməliyyatların həyata keçirilməsinə yol verilir.
1.5. Bu Qaydaların müddəaları fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada ölkə ərazisindən aparılan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil edilmir.
2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri
2.1. Mallar müvəqqəti ixrac gömrük proseduru altında rezidentlər tərəfindən yerləşdirilir.
2.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi aşağıdakı şərtlər daxilində həyata keçirilir:
2.2.1. malların təkrar idxal edilməsi nəzərdə tutulduqda;
2.2.2. bu Qaydaların 1.3-cü və 1.4-cü bəndlərində göstərilənlər istisna olmaqla, malların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;
2.2.3. müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda.
2.3. Aşağıdakı malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsinə icazə verilmir:
2.3.1. nümayiş, reklam və sərgi məqsədləri üçün vahid nüsxədə aparılma halları istisna olmaqla, qida məhsullarının, tütün və tütün məmulatlarının, xammal və yarımfabrikatların, sərf olunan material və nümunələrin;[1]
2.3.2. gömrük ərazisindən aparılması qadağan edilmiş və ya məhdudlaşdırılmış malların;
2.3.3. sənaye və digər tullantıların.
3. Malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddəti
3.1. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir.
3.2. Bu Qaydaların 3.1-ci
Rəsmi mənbə: https://e-qanun.az/framework/26534
Son yoxlanılıb: 2026-09-16