Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 2 sentyabr 2013-cü il
№ 245
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 192.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti idxal proseduru altında təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir.
1.2. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.
1.3. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. Şəxslər müvafiq icazə aldıqdan sonra mallardan yalnız həmin icazədə göstərilmiş müvəqqəti idxal prosedurunun məqsədləri üçün istifadə edə bilərlər.
1.4. Gömrük ərazisinə müvəqqəti idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə nəzarət həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinə müvafiq qaydada həyata keçirilir.
1.5. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərkən, müvafiq prosedur sahibi həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarının və vergilərin tam ödənilməsini təmin etməlidir.
1.6. Bu Qaydaların müddəaları fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada ölkə ərazisinə gətirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil edilmir.
2. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi şərtləri
2.1. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:
2.1.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;
2.1.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;
2.1.3. bu Qaydaların 2.3-cü bəndində qeyd edilən hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.
2.2. Aşağıdakı malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə yol verilmir:
2.2.1. nümayiş, reklam və sərgi məqsədləri üçün vahid nüsxədə gətirilmə halları istisna olmaqla, qida məhsullarının, tütün və tütün məmulatlarının, xammal və yarımfabrikatların, sərf olunan material və nümunələrin;[1]
2.2.2. gömrük ərazisinə gətirilməsi qadağan edilmiş və ya məhdudlaşdırılmış malların;
2.2.3. sənaye və digər tullantıların.
2.3. Aşağıdakı şərtlər daxilində gömrük ərazisində təsis edilən prosedur sahibi müvəqqəti idxal xüsusi gömrük prosedurundan istifadə edir:
2.3.1. Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağladığı bey
Rəsmi mənbə: https://e-qanun.az/framework/26535
Son yoxlanılıb: 2026-09-16