Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"
“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 yanvar 2014-cü il
№ 5
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 5 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 175.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar beynəlxalq uçuşları həyata keçirən hava nəqliyyatının Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) məcburi (texniki) enmə hallarına (malların hava nəqliyyatına yüklənilməsi, oradan boşaldılması və bununla əlaqədar digər yük əməliyyatlarının aparılmaması şərtilə) şamil edilmir.
1.3. Malların beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə tranziti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq həyata keçirilir.
1.4. Gömrük orqanları Gömrük Məcəlləsinin 13.2-ci maddəsində əks olunan məqsədlər üçün gömrük sərhədindən keçirilən malların tranziti ilə bağlı əldə edilən məlumatların öz aralarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsi Qaydaları”na uyğun olaraq başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini həyata keçirirlər.
1.5. Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina və ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin Gömrük Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.
1.6. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. göndərən gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;
2.1.2. təyinat gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı;
2.1.3. tranzit - malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru.
3. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair tələblər
3.1. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara olan tələblər aşağıdakılardır:
3.1.1. təbii aşınma nəticəsində dəyişikliklər və ya təbii itki halları istisna olmaqla, dəyişilməz vəziyyətdə qalmalıdır;
3.1.2. göndərən gömrük orqanı tərəfindən müəyyən edilən marşrutla və müddətdə təyinat gömrük orqanına çatdırılmalıdır.
4. Beynəlxalq tranzit xüsusi gömrük proseduru
4.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və ak
Rəsmi mənbə: https://e-qanun.az/framework/27222
Son yoxlanılıb: 2026-09-16