Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.24-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 avqust 2013-cü il
№ 233
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 233 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 195.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən azad edilməklə, sərbəst dövriyyəyə buraxılır.
1.3. Şəxslər malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aldıqdan sonra həmin mallardan yalnız həmin icazədə göstərilmiş son istifadə prosedurunun məqsədləri üçün istifadə edə bilərlər.
1.4. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.
2. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi
2.1. Şəxsə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aşağıdakı şərtlərlə verilir:
2.1.1. gömrük orqanlarının son istifadə xüsusi gömrük proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;
2.1.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.
2.2. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə Gömrük Məcəlləsinin 167.3-cü maddəsində göstərilən şəxslərə verilir.
2.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə) kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı aşağıdakılar da göstərilir:
2.3.1. malların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
2.3.2. malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinin məqsədi və bu məqsəd üçün istifadənin təyinatı və müddəti.
2.4. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:
2.4.1. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
2.4.2. ərizəçi kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN;
2.4.3. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət;
2.4.4. gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.
2.4-1. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hall
Rəsmi mənbə: https://e-qanun.az/framework/26527
Son yoxlanılıb: 2026-09-16