Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 avqust 2013-cü il
№ 229
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 176.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir.
1.3. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvəqqəti saxlanc anbarında və gömrük anbarında gömrük nəzarəti altında yerləşdirilir.
1.4. Gömrük qanunvericiliyinə müvafiq olaraq, daxili mallar da gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
2. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru
2.1. Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir.
2.2. Malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:
2.2.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;
2.2.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;
2.2.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.
2.3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir.
2.4. Gömrük orqanları yarana biləcək gömrük borcuna görə prosedur sahibindən təminat tələb etmək hüququna malikdirlər.
2.5. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.
3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti
3.1. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır.
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.
3.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.
4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi hallar və şərtlər
4.1. Daxili mallar saxlanc xüsusi
Rəsmi mənbə: https://e-qanun.az/framework/26550
Son yoxlanılıb: 2026-09-16