Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 6 fevral 2014-cü il
№ 34
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 200.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. emal əməliyyatları — quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;
2.1.2. emal məhsulları — emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
2.1.3. istehsalat itkiləri — emal məhsulunun istehsalı prosesində əmələ gələn və həmişəlik itirilən materiallar;
2.1.4. istehsalat tullantıları — istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
2.1.5. mal qalıqları — emal məhsulunun hazırlanması üçün gömrük ərazisindən kənara aparılmış daxili malların istifadə olunmamış hissəsi;
2.1.6. xaricdə emal — gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük proseduru.
3. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
3.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları bu Qaydaların 9-cu hissəsində göstərilən hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.
3.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:
3.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geri qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;
3.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;
3.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geri qaytarılması ilə nəticələnən mallar.
3.3. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.
3.4. Xari
Rəsmi mənbə: https://e-qanun.az/framework/26983
Son yoxlanılıb: 2026-09-16