Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 yanvar 2014-cü il
№ 4
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 197.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.
1.3. Daxildə emal xüsusi gömrük prosedurundan Gömrük Məcəlləsinin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.
1.4. Gömrük orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən gömrük anbarında malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, həmin prosedur üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına icazə verirlər.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. daxildə emal — müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra — gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;
2.1.2. ekvivalent mallar — daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malların əvəzinə emal olunan və əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra — XİFMN) üzrə eynirəqəmli koda malik daxili mallar;
2.1.3. emal əməliyyatları — quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;
2.1.4. emal məhsulları — emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
2.1.5. istehsalat itkiləri — emal məhsulunun istehsalı prosesində əmələ gələn və həmişəlik itirilən materiallar;
2.1.6. istehsalat tullantıları — istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
2.1.7. mal qalıqları — emal məhsulunun hazırlanması üçün gömrük ərazisinə gətirilmiş xarici malların istifadə olunmamış hissəsi.
3. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
3.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:
3.1.1. idxal gömrük rüsumları;
3.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;
3.1.3. ticarət
Rəsmi mənbə: https://e-qanun.az/framework/26861
Son yoxlanılıb: 2026-09-16