Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"
“Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 avqust 2012-ci il
№ 163
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 164-cü maddəsinə əsasən hazırlanmışdır və malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar yerləşdirilir.
1.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alır.
1.4. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən mallar geri aparılma öhdəliyi götürülmədən, Azərbaycan Respublikasının ərazisində qalır.
1.5. Xarici malların bu Qaydaların 1.3-cü bəndinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra mallar gömrük nəzarətindən çıxarılaraq barəsində səlahiyyəti olan şəxslərə və ya onların nümayəndələrinə verilir. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq, malların üzərində sərəncam verməkdə sərbəstdirlər.
2. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi şərtləri
2.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında malların yerləşdirilməsi şərtləri aşağıdakılardır:
2.1.1. qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməsi;
2.1.2. ticarət siyasəti tədbirlərinin tətbiqi;
2.1.3. malların idxalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi və müəyyən edilmiş digər prosedurların tamamlanması (dövlət sərhədindən keçirilməsi, müəyyən edilmiş marşrutlar üzrə vaxtında təyinat gömrük orqanına çatdırılması, malların təyinat orqanına təqdim edilməsi, nəqliyyat vasitələri üzərində qoyulmuş gömrük təminatlarının pozulmaması, malların rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdirilməsini aparacaq gömrük orqanına təqdim olunması).
2.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük ödənişləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir.
2.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar üçün 14 (on dörd) gündən 60 (altmış) günədək gömrük borcunun ödənilməsinə möhlətin verilməsi Gömrük Məcəlləsinin 246-cı maddəsinə əsasən həyata keçirilir.
2.4. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı ticarət siyasəti tədbirlərinə əməl olunması yoxlanılır.
2.5. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsinə dair sənədlər Gömrük Məcəlləsinin 150.3-cü və 150.4-cü maddələrinin tələblərinə uyğun müəyyən edilir.
3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi qaydaları
3.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mallar barəsində
Rəsmi mənbə: https://e-qanun.az/framework/24081
Son yoxlanılıb: 2026-09-16