Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2012-ci il tarixli 316 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər"
“Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 24 dekabr 2012-ci il
№ 316
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 316 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər
1. Ümumi müddəa
“Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 105.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair şərtləri və məhdudiyyətləri müəyyən edir.
2. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər
2.1. Gömrük orqanına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin həmin mallar və nəqliyyat vasitələri üzərində gömrük rəsmiləşdirilməsi başa çatmadan istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi aşağıda göstərilmiş şərtlərə tam əməl edilməklə gömrük orqanının icazəsi ilə həyata keçirilir:
2.1.1. mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi mümkün olduqda;
2.1.2. mallara və nəqliyyat vasitələrinə dair gömrük ödənişləri ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə;
2.1.3. mallara və nəqliyyat vasitələrinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan hallarda müvafiq icazə sənədi və ya xüsusi razılıq (lisenziya) mövcud olduqda.
2.2. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa çatdırılmaması səbəblərini və istifadənin təyinatını göstərməklə, gömrük orqanına ərizə ilə müraciət etməlidir.
2.3. Gömrük orqanlarına təqdim edilmiş ərizəyə gömrük orqanları tərəfindən 2 (iki) iş günündən artıq olmayan müddətdə baxılır.[1]
2.4. Gömrük orqanları gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair hər bir hal üzrə ayrı-ayrılıqda qərar qəbul edir.
3. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlər
3.1. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə yalnız yerləşdirildiyi gömrük prosedurunun tələblərinə uyğun olaraq yol verilir.
3.2. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri üzərində istifadə hüququna malik olan şəxsdən başqa həmin mallardan və nəqliyyat vasitələrindən istifadə və sərəncam hüququ digər şəxsə verilə bilməz.
4. Gömrük rəsmiləşdirilməsinin başa çatdırılması
4.1. Bəyannaməçi gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün gömrük bəyannaməsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müddətdə gömrük orqanlarına təqdim etməlidir.
4.2. Gömrük rəsmiləşdirilməsi
Rəsmi mənbə: https://e-qanun.az/framework/24961
Son yoxlanılıb: 2026-09-16