Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları"
“Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 oktyabr 2013-cü il
№ 286
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 258.3-cü maddəsinə əsasən hazırlanmışdır və təminat üsullarından (təminatdan) istifadə etməklə, gömrük borcunun ödənilməsinin təmin edilməsi məsələlərini tənzimləyir.
1.2. Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə əsasən gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.
1.3. Gömrük ərazisinə malların idxalı və ya ixracı zamanı gömrük borcu Gömrük Məcəlləsinin 238-241-ci maddələri ilə müəyyən edilmiş hallarda yaranır.
2. Gömrük borcunun yarandığı yerin müəyyənləşdirilməsinin son müddəti
2.1. Gömrük orqanı tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə Gömrük Məcəlləsinin 237.1-ci maddəsinin ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən gömrük borcunun yarandığı yer 2 (iki) aydan gec olmayaraq, mümkün qədər qısa müddətdə müəyyənləşdirilməlidir.
2.2. Bu Qaydaların 2.1-ci bəndində göstərilən müddətdə gömrük borcunun yarandığı yeri müəyyənləşdirmək mümkün olmadıqda, gömrük borcu malların aidiyyəti gömrük proseduru altında yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab edilir.
3. Gömrük borcunun ödənilməsinə möhlətin verildiyi hallar və bunun qaydası
3.1. Şəxs tərəfindən bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş təminatlardan istifadə edilməklə gömrük borcunun ödənilməsinə təminat verildikdə, gömrük orqanları yaranmış gömrük borcunun ödənilməsinə aşağıdakı hallarda 14 (on dörd) gündən 60 (altmış) günədək möhlət verirlər:
3.1.1. fors-major hallar nəticəsində borclu şəxsə zərər dəydikdə;
3.1.2. gömrük borcunu birdəfəyə ödədiyi təqdirdə, borclu şəxsin iflasa uğramaq təhlükəsi olduqda.
3.3-1. Borc üzrə möhlət verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.[1]
3.2. Gömrük borcunun ödənilməsi üçün möhlət verilməsi barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı qəbul edir.
3.3. Şəxs gömrük ödənişləri üzrə yaranmış borc üzrə möhlət verilməsi üçün aşağıdakı sənədlər əlavə edilməklə, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına yazılı formada ərizə ilə müraciət etməlidir:
3.3.1. gömrük borcunun yaranmasını müəyyən edən sənədlər (bəyannamə, malın qiymətini təsdiq edən sən
Rəsmi mənbə: https://e-qanun.az/framework/27077
Son yoxlanılıb: 2026-09-16