Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli Qərarı
“Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 28.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Gömrük yığımlarının məbləğləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında” 2000-ci il 29 avqust tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, maddə 655) və “Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 916) ləğv edilsin.
3. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 4, maddə 289, N 8, maddə 560; 2002, N 8, maddə 549, N 9, maddə 581, N 10, maddə 647; 2003, N 2, maddə 147, N 4, maddə 226, N 10, maddə 614, N 12, II kitab, maddə 749; 2004, N 3, maddə 196, N 4, maddə 307, N 5, maddələr 389, 390, N 9, maddə 743; 2005, N 10, maddə 980; 2006, N 4, maddə 363, N 7, maddə 652; 2007, N 5, maddə 548,N 6, maddə 700, N 11, maddə 1187; 2008, N 4, maddə 325; 2009, N 11, maddə 938; 2010, N 1, maddə 68; 2012, N 9, maddə 928; 2013, N 7, maddə 871; 2014, N 1, maddə 65, N 2, maddə 197) adından “, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı” sözləri və 1-ci hissəsindən “və Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 aprel 2016-cı il
№ 168
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmişdir
Gömrük yığımlarının məbləğləri
1. Ümumi müddəalar
1.1. “Gömrük yığımlarının məbləğləri” (bundan sonra – Sənəd) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir.
1.2. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir.
1.3. Gömrük yığımları aşağıdakılardır:
1.3.1. gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları:
1.3.1.1. malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
1.3.1.2. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;
1.3.1.3. malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;
1.3.2. gömrük müşayiətinə görə gömrük yığımları;
1.3.3. malların saxlancına görə gömrük yığımları;
1.3.4. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;
1.3.5. bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları.
1.4. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildikdə, bu Sənədin 1.3.1-ci yarımbəndində qeyd olunan gömrük nəzarətinin h
Rəsmi mənbə: https://e-qanun.az/framework/32656
Son yoxlanılıb: 2026-09-16