Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 29 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilindəki sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi Qaydası"
“Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 fevral 2013-cü il
№ 29
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 29 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 187.2-ci maddəsinə əsasən hazırlanmışdır və sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi qaydasını müəyyən edir.
1.2. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.
1.3. Bu Qayda fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil olunmur.
2. Malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi
2.1. Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların (bundan sonra - mallar) daxili mallar gömrük statusunun təsdiq edilməsi üçün şəxslər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, kağız üzərində yazılı və ya elektron formada gömrük orqanlarına müraciət edirlər.
2.2. Müraciətə malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, adı və miqdarı göstərilməklə yanaşı aşağıdakı sənədlər də əlavə edilir:
2.2.1. malların gömrük dəyərini müəyyən edən sənəd (invoys, hesab faktura və s.);
2.2.2. Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş və ya emala məruzqalma meyarlarına uyğun olaraq, kifayət qədər emal edilmiş malların mənşə sertifikatı;
2.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılışla bağlı gömrük orqanı tərəfindən təsdiq edilmiş müvafiq gömrük bəyannaməsinin surəti.
2.3. Müraciətə sərbəst zonada fəaliyyət göstərən ərazi gömrük idarəsi tərəfindən 2 (iki) iş günü müddətində baxılır və imtina üçün əsaslar olmadıqda, şəxsə bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formada malların daxili mallar gömrük statusunun təsdiq edilməsi haqqında şəhadətnamə verilir.
2.4. Şəhadətnamənin verilməsinə görə gömrük ödənişi alınmır.
2.5. Şəhadətnamə 2 (iki) nüsxədə tərtib edilir. Şəhadətnamənin bir nüsxəsi onu verən gömrük orqanında saxlanılır.
2.6. Bu Qaydanın 2.2-ci bəndinin tələblərinə riayət edilmədiyi halda, gömrük orqanı malların daxili mallar gömrük statusunun təsdiq edilməsindən imtina olunması barədə müraciət etmiş şəxsi dərhal məlumatland
Rəsmi mənbə: https://e-qanun.az/framework/25381
Son yoxlanılıb: 2026-09-16