Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2013-cü il tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları"
“Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 dekabr 2013-cü il
№ 350
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 dekabr tarixli 350 nömrəli qərarı ilə təsdiq edilmişdir
Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi
QAYDALARI
1. Ümumi müddəa
1.1. Bu Qaydalar “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) gətirilən məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. məlumat daşıyıcısı vasitələri – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı məlumat və ya təlimatlar yığımının saxlanılması və istifadəsi üçün təyin edilmiş kompakt disklər (CD-lər), maqnetik kasetlər, disketlər, DVD və s. maddi obyektlər. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat daşıyıcısı vasitələrinə elektron inteqral sxemləri, yarımkeçiricilər, elektron inteqral sxemlərini və ya mexanizmlərini özündə birləşdirən əşyalar və ya cihazlar (kompyuterlər, bərk disklər və s.) daxil deyildir;
2.1.2. məlumat və ya təlimatlar yığımı – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya və ya proqram təminatı. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat və ya təlimatlar yığımına səs, kinomatoqrafiya və ya video yazıları (videokaset, DVD və ya lazer disklərdə filmlər, əyləncə verilişləri, kompakt diskdə video oyunları və ya musiqi yazıları və s.) daxil deyildir.
3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərinin müəyyən edilməsi
3.1. İnformasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal edilmiş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərinin müəyyən olunması zamanı yalnız məlumat daşıyıcısı vasitəsinin öz qiyməti və ya dəyəri nəzərə alınır.
3.2. Tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal olunmuş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərləndirilməsi zamanı onun gömrük dəyərinə məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri daxil edilmir. Bu məqsədlə sövdələşmə qiymətində məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri məlumat daşıyıcısı vasitəsinin qiymətindən və ya dəyərindən fərqləndirilməli və ya ayrıca göstərilməlidir.
3.3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri sövdələşmə qiyməti əsasında müəyyən edilir.
3.4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyannaməçi tərəfindən bəyan edilir.
3.5. İdxal olunan məlumat daşıyıcısı vasitəsinin tərkibindəki məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri sövdələşmə qiymətində məlumat daşıyıcısı vasitəsinin qiyməti və ya dəyərindən fərqləndirilmədikdə, yaxud ayrıca göstərilmədikdə, məlumat daşıyıcısı vasitəsinin gömrük dəyəri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
4. Yekun müddəalar
4.1. Gömrük orqanının tərkibində məlumat və ya təlimatlar yığımı olan məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qə
Rəsmi mənbə: https://e-qanun.az/framework/27066
Son yoxlanılıb: 2026-09-16