Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli 253 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mallara gömrük təminatının vurulması Qaydaları"
“Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Mallara gömrük təminatının vurulması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 31 oktyabr 2012-ci il
253
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 31 oktyabr
tarixli 253 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Mallara gömrük təminatının vurulması
QAYDALARI
1. Ümumi müddəa
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 205.1-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması qaydalarını, habelə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulması, onun dəyişdirilməsi, çıxarılması şərtlərini və onlara müdaxilə oluna biləcəyi halları müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. gömrük təminatı - gömrük nəzarətinin və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
2.1.2. bağlamalar - gömrük nəzarəti altında olan malların kənar müdaxilələrdən qorunması üçün yerləşdirildiyi qablaşdırma vasitələri.
3. Mallara gömrük təminatının vurulması şərtləri
3.1. Mallar gömrük nəzarəti altında yerləşdirilərkən, gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən vurulur.
3.2. Malların növündən və daşınma xüsusiyyətlərindən asılı olaraq, gömrük orqanının vəzifəli şəxsi eyniləşdirmə vasitələrini seçmək hüququna malikdir.
3.3. Seçilmiş eyniləşdirmə vasitələri gömrük orqanının vəzifəli şəxsi tərəfindən konteynerlərin və nəqliyyat vasitələrinin mallara müdaxilə imkanları olan yerlərinə aşağıdakı şərtlərə riayət edilməklə vurulur:
3.3.1. gömrük təminatı elə vurulmalıdır ki, onu sındırmadan və ya zədələmədən mallara kənardan müdaxilə mümkün olmasın;
3.3.2. gömrük təminatı sadə və etibarlı üsulla vurula bilən olmalıdır;
3.3.3. yüklərin yerləşdirilə biləcəyi bütün yerlər gömrük baxışı üçün əlçatan olmalıdır.
3.4. Gömrük təminatının vurulması yerlərini müəyyənləşdirmək mümkün olmadıqda, mallar bağlamalara yerləşdirilir.
3.5. Gömrük təminatı ona müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik olmalıdır.
3.6. Hər bir gömrük təminatı xüsusi eyniləşdirmə işarələri ilə fərqlənməli və bu işarələr haqqında məlumat malların müşayiətedici sənədlərində qeyd edilməlidir.
4. Malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulması
4.1. Mallar gömrük nəzarəti altında bağlamalara yerləşdirilərkən, onların gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanlarının vəzifəli şəxsi tərəfindən bu Qaydaların 3-cü hissəsində qeyd olunan tələblər nəzərə alınmaqla vurulur.
5. Malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatının dəyişdirilməsi, çıxarılması şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar
5.1. Malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatı aşağıdakı hallarda dəyişdirilir:
5.1.1. gömrük orqanları tərəfindən malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanılması zamanı;
5.1.2. gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən ma
Rəsmi mənbə: https://e-qanun.az/framework/24536
Son yoxlanılıb: 2026-09-16