Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2012-ci il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları"
“Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 avqust 2012-ci il
№ 186
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 27 avqust tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmişdir
Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 65.6-cı və 85.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və gömrük nəzarətindən keçməli olan malların və nəqliyyat vasitələrinin yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin növlərinin siyahısını və onlardan istifadə qaydalarını müəyyən edir.
1.2. Texniki nəzarət vasitələrindən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, fiziki şəxslərin və onların əl yüklərinin, müşayiət olunan və müşayiət olunmayan baqajların və beynəlxalq poçt göndərişlərinin yoxlanılmasının sürətləndirilməsi, sadələşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması müddətinin azaldılması məqsədi ilə istifadə edilir.
1.3. Texniki nəzarət vasitələrindən istifadə gömrük nəzarəti zonalarında və gömrük orqanları əməkdaşlarının öz vəzifələrini yerinə yetirdiyi zaman müəyyən edilən digər yerlərdə həyata keçirilir.
1.4. Gömrük orqanlarında stasionar, səyyar (mobil), daşınan və portativ tipli texniki nəzarət vasitələrindən istifadə edilir.
1.5. Texniki nəzarət vasitələrindən istifadə zamanı texniki sənədlərdə göstərilmiş istismar qaydalarına əməl edilməlidir.
1.6. Texniki nəzarət vasitələrindən istifadə edilməsi insan həyatı və sağlamlığı üçün təhlükəsiz olmalı, ətraf mühitə, flora və faunaya ziyan vurmamalı, mallara və nəqliyyat vasitələrinə zərər yetirməməlidir.
2. Texniki nəzarət vasitələrinin növləri
2.1. Texniki nəzarət vasitələri texniki xüsusiyyətlərindən və təyinatından asılı olaraq aşağıdakı növlərə bölünür:
2.1.1. baxış-rentgen texnikası - fiziki şəxslərin əl yükünün, müşayiət olunan və müşayiət olunmayan baqajların, malların və nəqliyyat vasitələrinin, beynəlxalq poçt göndərişlərinin yoxlanılması üçün rentgen şüalarının aktivləşdirilməsi ilə obyektin daxili quruluşu və içindəki əşyaların təsviri barədə məlumat alınmanı təmin edir. Qeyd olunan avadanlıqlar üzvi və qeyri-üzvi materialların bölünməsi əsasında yoxlanılan obyektlərin ətraflı təsvirini verir;
2.1.2. yoxlama baxış sistemi - gömrük sərhəd buraxılış məntəqələrindən keçən malların və nəqliyyat vasitələrinin (avtomobil və dəmir yollarında, eləcə də gömrük orqanlarının müəyyən etdiyi digər yerlərdə) yoxlanılması məqsədi ilə skanlaşdırma əməliyyatı əsasında nəzarət ekranında obyektlərin təsvirinə nəzarət etmək üçün onlar
Rəsmi mənbə: https://e-qanun.az/framework/24168
Son yoxlanılıb: 2026-09-16