Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları"
“Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 avqust 2013-cü il
№ 230
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmişdir
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 31.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və hüquqi şəxslərə səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarını, habelə səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müəyyən edir.
1.2. Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, səlahiyyətli iqtisadi operator malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.
1.3. Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) səlahiyyətli iqtisadi operatora müəyyən hüquqlar verir.
1.4. Beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gömrük orqanları və səlahiyyətli iqtisadi operatorlar arasında qarşılıqlı tərəfdaşlıq əlaqələri yaradılır.
2. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi
2.1. Gömrük Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq, səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır:
2.1.1. malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanının mövcudluğu;
2.1.2. gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət edilməsi;
2.1.3. gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;
2.1.4. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olması;
2.1.5. hüquqi şəxsin fəaliyyət göstərdiyi sahədə ən azı 2 (iki) il təcrübəsinin olması;
2.1.6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması;
2.1.7. informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazanın olması.
2.2. Gömrük ərazisində təsis edilmiş və bu Qaydalarla müəyyən edilmiş şərtlərə cavab verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunun alınması üçün Komitəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edə bilər.
2.3. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:
2.3.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
2.3.2. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olmasını təsdiq edən bank hesabına dair sənəd;
2.3.3. 2 (iki) ildən az olmayan müddətdə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi təcrübəsini təsdiq edən gömrük sənədlərinin surəti.
2.3-1. İqtisadi operator statusunun alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya
Rəsmi mənbə: https://e-qanun.az/framework/26551
Son yoxlanılıb: 2026-09-16