"Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 2022-ci il tarixli 350 nömrəli Qərarı
“Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən mərkəzləşdirilmiş qaydada elektronlaşdırılmasının tətbiqinin təkmilləşdirilməsini və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin səmərəli fəaliyyətini təmin etmək məqsədilə, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 10.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[2]
3. Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 15 sentyabr 2022-ci il
№ 350
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əlavə[3]
Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin[4]
SİYAHISI
1. Ali kateqoriya dövlət orqanlarının indeksləri
1-1/ Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
1-2/ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
1-3/ Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
1-4/ Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti
1-5/ Azərbaycan Respublikasının Nazirlər Kabineti
1-6/ Azərbaycan Respublikasının Milli Məclisi
1-7/ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
1-8/ Azərbaycan Respublikasının Ali Məhkəməsi
1-9/ Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti[5]
2. 1-ci kateqoriya dövlət orqanlarının indeksləri
2-1/ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
2-2/ Azərbaycan Respublikasının Baş Prokurorluğu
2-3/ Azərbaycan Respublikasının Hesablama Palatası
2-4/ Məhkəmə-Hüquq Şurasının Aparatı
2-5/ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı
2-6/ Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi[6]
3. 2-ci kateqoriya dövlət orqanlarının indeksləri
3-1/ Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
3-2/ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
3-3/ Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
3-4/ Naxçıvan Muxtar Respublikasının Prokurorluğu
3-5/ Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı[7]
3-6/ Bakı Apellyasiya Məhkəməsi
3-7/ Gəncə Apellyasiya Məhkəməsi
3-8/ Sumqayıt Apellyasiya Məhkəməsi
3-9/ Şirvan Apellyasiya Məhkəməsi
3-10/ Şəki Apellyasiya Məhkəməsi
3-11/ Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
3-12/ Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi
3-13/ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
3-14/ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
3-15/ Azərbaycan Respublikasının Energetika Nazirliyi
3-16/ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
3-17/ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3-18/ Azərb
Rəsmi mənbə: https://e-qanun.az/framework/52430
Son yoxlanılıb: 2026-09-16