Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı" və "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"
“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.[1]
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 sentyabr 2021-ci il
№ 256
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı
1. Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsi - Biləsuvar rayonu (Biləsuvar şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
2. Astara dövlət sərhədindən buraxılış məntəqəsi - Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
3. Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi – Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.[2]
4. Samur dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Samur qəsəbəsi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
5. Şirvanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Şirvanlı kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
6. Zuxul dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Zuxul kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
7. Yalama dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Yalama qəsəbəsi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
8. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Xanoba kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
9. Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsi - Balakən rayonu (Mazımqara kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
10. Muğanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Zaqatala rayonu (Muğanlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
11. Böyük Kəsik dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Böyük Kəsik qəsəbəsi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
12. Sadıxlı dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Sadıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
13. “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsi - Qazax rayonu (İkinci Şıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
13-1. Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında. [3]
13-2. Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.
13-3. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan R
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/48217
Son yoxlanılıb: 2026-09-16