Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli 293 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"
“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 avqust 2014-cü il
№ 293
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmişdir
Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən hazırlanmışdır və sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar müvəqqəti ixrac olunan Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.
1.3. Mühafizə siyahısına daxil olan mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na əsasən tənzimlənir.
1.4. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.
1.5. Bu Qaydanın məqsədləri üçün mədəni sərvətlərin müvəqqəti ixracı dedikdə, Azərbaycan Respublikasının ərazisində olan mədəni sərvətlərin 36 (otuz altı) ay ərzində geri qaytarılması öhdəliyinin götürülərək Azərbaycan Respublikasının ərazisindən aparılması başa düşülür.
2. Mədəni sərvətlər
2.1. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər (bundan sonra - mədəni sərvətlər) bu Qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilir.
2.2. Bu Qaydanın tətbiq olunduğu mədəni sərvətlər aşağıdakılardan ibarətdir:
2.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;
2.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;
2.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
2.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları;
2.2.5. səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri;
2.2.6. qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.);[1]
2.2.7. şifahi xalq yaradıcılığı nümunələri;
2.2.8. arxeoloji və numizmatik xarakterli əşyalar;
2.2.9. flora və fauna, mineralogiya, anatomiya nümunələri və
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/28339
Son yoxlanılıb: 2026-09-16