Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2013-cü il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası"
“Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.28-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 5 sentyabr 2013-cü il
№ 247
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və
QAYDASI
1. Ümumi müddəalar
1.1. “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi halları və Qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 331-ci maddəsinin müddəalarına uyğun olaraq hazırlanmışdır və gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallarını və qaydasını tənzimləyir.
1.2. Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.
1.3. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında həyata keçirilir.
1.4. Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir.
1.5. Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir:
1.5.1. malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir;
1.5.2. əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır.
1.6. Malların məhv edilməsi Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.
1.7. Malların məhv edilməsinin ətraf mühitə ziyan vura biləcəyinə əsaslar olduqda, ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmalıdır.
1.8. Malların məhvinin təhlükəli və ya radioaktiv tullantıların (qalıqların) atılması, axıdılması və anbarlaşdırılması ilə bağlı olmasına ehtimal olduqda, belə məhvetməyə qanunvericilikdə nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq icazələr alınmaqla və onların iştirakı ilə yol verilir.[1]
1.9. Malların məhv edilməsində ekoloji və səhiyyə tələbləri üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir.
2. Malların məhv edilmə halları
2.1. Gömrük orqanlarına təqdim edilmiş mallar aşağıdakı hallarda məhv edilir:
2.1.1. şəxsin müraciəti əsasında;
2.1.2. qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə.
2.2. Şəxsin müraciəti əsasında malların məhv edilməsinə icazənin verilməsi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılarla (qalıqlarla) bağlı məsələlər bu Qaydanın 3-cü - 5-ci hissələri ilə tənzimlənir.
2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir.
3. Şəxsin müraciəti əsasında malların məhv edilməsinə icazə verilməs
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/26537
Son yoxlanılıb: 2026-09-16