Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları"
“Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 avqust 2012-ci il
№ 167
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 8.0.27-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə (bundan sonra - şəxslər) gömrük məsələləri üzrə məlumatların verilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) tərəfindən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı aidiyyəti dövlət orqanlarına mütəmadi verilən məlumatlara şamil edilmir.
1.3. Gömrük orqanlarının aşkar etdiyi hüquqpozmaların araşdırılması digər hüquq mühafizə orqanlarının səlahiyyətinə aid olduğu hallarda müvafiq məlumatlar və onlara dair sənədlər həmin orqanlara verilir.
1.4. Gömrük orqanları digər hüquq mühafizə orqanlarının sorğuları əsasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat və ya cinayət işi başlanılmış şəxslər haqqında onlarda olan məlumatları həmin orqanlara verirlər.
2. Gömrük məsələləri üzrə məlumatların əldə edilməsi üsulları
2.1. Şəxslər gömrük məsələləri üzrə məlumatları aşağıdakı üsullarla əldə edə bilərlər:
2.1.1. gömrük orqanlarının girişində quraşdırılmış məlumat köşklərindən və ya internet vasitəsilə;
2.1.2. gömrük orqanının vəzifəli şəxsinə bilavasitə və ya telefonla şifahi müraciət etməklə;
2.1.3. gömrük orqanına şəxsən, poçt, telefaks, yaxud elektron poçtla yazılı sorğu təqdim etməklə;
2.1.4. gömrük orqanlarının elektron məlumat sisteminin istifadəçisi kimi təsdiq edilməklə.
2.2. Gömrük orqanlarının girişində quraşdırılan məlumat köşklərində və Komitənin rəsmi internet saytında aşağıdakı məlumatlar yerləşdirilir:
2.2.1. Komitənin qaynar xəttinin nömrəsi;
2.2.2. gömrük orqanlarının adları və əlaqə məlumatları (poçt ünvanı, elektron poçt ünvanı, telefon nömrələri və s.);
2.2.3. gömrük orqanlarının struktur bölmələri haqqında əsasnamələr;
2.2.4. gömrük orqanlarının fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar;
2.2.5. gömrük orqanlarının ştat cədvəlləri, həmin orqanlarda çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;
2.2.6. gömrük orqanlarının fəaliyyəti barədə hesabatlar;
2.2.7. normativ hüquqi aktların layihələri - razılaşdırılmağa və ya təsdiq olunmağa göndərildiyi andan;
2.2.8. Komitənin əmr, sərəncam və qərarları - qüvvəyə mindiyi gündən;
2.2.9. gömrük orqanlarının vakansiyaları haqqında məlumatlar;
2.2.10. məlumatların təqdim edilməsi üçün sorğuların verilməsinə dair tələblər;
2.2.11. ən çox verilən suallar üzrə normativ hüquqi aktlardan çıxarışlar;
2.2.12. məlumatların verilməsindən imtina üçün əsaslar;
2.2.13. göstərilən elektron gömrük xidmətlərinin siyahısı və bu xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar;
2.2.14. gömrük orqanlarının göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliklərin edilməsinə ən geci on gün qalanadək;
2.2.15. gömrük orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;
2.2.16. gömrük orqanlarında əməyin ödənilməsinə
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/24084
Son yoxlanılıb: 2026-09-16