Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı"
“Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 17 iyun 2016-cı il
№ 231
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 iyun tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı
Sıra №-si Malın adı və təsviri XİFMN üzrə kodu
1 2 3
1. Baytarlıq nəzarətinə aid mallar
1.1. Diri atlar, ulaqlar, qatırlar və at qatırları 0101
1.2. Diri iribuynuzlu heyvanlar 0102
1.3. Diri donuzlar 0103
1.4. Diri qoyunlar və keçilər 0104
1.5. Diri ev quşları – Gallus domesticus növlü ev toyuqları, ördəklər, qazlar, hindtoyuqları və firəngtoyuqları 0105
1.6. Digər diri heyvanlar 0106
1.7. Təzə və ya soyudulmuş iribuynuzlu heyvan əti` 0201
1.8. Dondurulmuş iribuynuzlu heyvan əti 0202
1.9. Təzə, soyudulmuş və ya dondurulmuş donuz əti 0203
1.10. Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti 0204
1.11. Atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əti 0205 00
1.12. İribuynuzlu heyvanın, donuzun, qoyunun, keçinin, atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əlavə qida məhsulları 0206
1.13. 0105 mal mövqeyində göstərilən ev quşlarının təzə, soyudulmuş və ya dondurulmuş əti və ət əlavələri 0207
1.14. Digər təzə, soyudulmuş və ya dondurulmuş ət və qidaya yararlı ət əlavələri 0208
1.15. Əridilməmiş və ya başqa üsulla hasil edilməmiş təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi və ev quşunun piyi 0209
1.16. Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş ət və qidaya yararlı ət əlavələri; ətdən və ya ət əlavələrindən qida üçün yararlı olan qaba və narın üyüdülmüş un 0210
1.17. Diri balıq 0301
1.18. 0304 mal mövqeyində təsnif edilən balıq filesi və başqa balıq əti istisna olmaqla, təzə və ya soyudulmuş balıq əti 0302
1.19. 0304 mal mövqeyində təsnif edilən digər balıq əti istisna olmaqla, dondurulmuş balıq və balıq filesi 0303
1.20. Təzə, soyudulmuş və ya dondurulmuş balıq filesi və digər balıq əti (qiymə daxil olmaqla) 0304
1.21. Duzlu və ya duzlu suda qurudulmuş balıq; hisə verilməzdən əvvəl və ya sonra isti və emala qalmış və ya qalmamış hisə verilmiş balıq; yeməkdə istifadə üçün yararlı qaba və ya narın balıq unu və qranulalar 0305
1.22. Diri, təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş zirehli və ya zirehsiz xərçəngkimilər; hisə verilməzdən əvvəl və ya hisə verilmə prosesində isti emala məruz qalmış və ya qalmamış hisə verilmiş zirehli və ya zirehsiz xərçəngkimilər; qaynar suda və ya buxarda bişmiş soyudulmuş və ya soyudulmamış, dondurulmuş, qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş zirehli xərçəngkimilər; xərçəngkimilərdən hazırlanmış qida üçün yararlı qaba və narın un və qranulalar 0306
1.23. Diri, təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş balıqqulağıda və ya balıqqulağısız molyusklar; hisə verilməzdən əvvəl və ya sonra isti və emala qalmış və ya qalmamış hisə verilmiş çanaqlı və ya çanaqsız molyusklar; molyusklardan qida üçün yararlı qaba və narın un və qranulalar 0307
1.24. Şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmədən qatılaşdırılmamış süd və qaymaq 0401
1.25. Şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş qatılaşdırılmış süd və qaymaq 0402
1.26. Qatılaşdırılmış və ya qatılaşdırılmamış, şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmuş və ya olu
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/33103
Son yoxlanılıb: 2026-09-16