Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 noyabr 2018-ci il tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir pəncərə" prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası
“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 130 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə tapşırılsın ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişin, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, ixrac edilən qida və yem məhsullarına verilən sağlamlıq sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində sənədlərin, habelə onların nümunələrinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.[2]
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 12 noyabr 2018-ci il
№ 485
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 noyabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi[3]
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 130 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və “bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.
2. Qida təhlükəsizliyi sahəsində məlumat mübadiləsinin forması və qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinin şərtləri
2.1. Agentlik və Komitə qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının idxal-ixrac mərhələsində gömrük sərhəd buraxılış məntəqələrində keçidinin sürətləndirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Reyestrinə (bundan sonra - Reyestr) dax
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/40674
Son yoxlanılıb: 2026-09-16