Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"
* (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 282 nömrəli qərarı ilə edilmiş dəyişikliklər 2026-cı il dekabr 8-dən qüvvəyə minir.)
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 3.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; 2014, № 1, maddə 65, № 2, maddə 197; 2016, № 4, maddə 823, № 8, maddələr 1430, 1445, № 9, maddə 1592, № 10, maddə 1698; 2017, № 1, maddələr 116, 119, № 3, maddə 511, № 4, maddə 644, № 7, maddə 1490, № 8, maddələr 1615, 1621; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 479 nömrəli qərarı) 1-ci hissəsi ləğv edilsin.
3. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
Yaqub EYYUBOV,
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 17 noyabr 2017-ci il
№ 500
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASI, İDXAL GÖMRÜK RÜSUMLARININ DƏRƏCƏLƏRİ VƏ İXRAC GÖMRÜK RÜSUMLARININ DƏRƏCƏLƏRİ[1]
XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASININ ƏSAS ŞƏRHETMƏ QAYDALARI
Malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (bundan sonra - XİF MN) görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir:
1. Bölmələrin, qrupların və alt qrupların adları yalnız XİF MN-dən istifadədə rahatlığı təmin etmək üçün verilir; hüquqi məqsədlər üçün XİF MN-da malların sinifləşdirilməsi mal mövqelərinə, bölmələrə və ya qruplara dair müvafiq qeydlərin mətnlərinin əsasında və bu mətnlərdə başqa hal nəzərdə tutulmadıqda, aşağıdakı müddəalara uyğun həyata keçirilir:
2. a) Mal mövqeyinin adında hər hansı bir mala dair istənilən istinad komplek
Rəsmi mənbə: https://e-qanun.az/framework/37035
Son yoxlanılıb: 2026-09-16