Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"
Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təsdiq olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 520 nömrəli Fərmanı il təsdiq olunmuş “Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi Qaydaları” qüvvədən düşmüş hesab edilsin.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 1997-ci il
№ 609
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur.
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
QAYDALARI[1]
Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər (bundan sonra – şəxslər) tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra – Gömrük Məcəlləsi), “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla, o cümlədən bu Qaydalarla tənzimlənir.[2]
İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün şəxslər tərəfindən sərbəst surətdə həyata keçirilir.[3]
I. İxrac əməliyyatları
1. Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı
1.1. Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz.[4]
1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.[5]
2. Kreditə ixrac əməliyyatları [6]
2.1. Kreditə ixrac faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə tutur.
2.2. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.[7]
2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmayan şəxslər tərəfindən malların kreditə ixracı gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.
3. Təkrar ixrac (reeksport) əməliyyatları
3.1. Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını nəzərdə tutur.
3.2. Təkrar ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində tələb olunan hallarda İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər hallarda isə gömrük orqanlarında bəyan edilməklə icra olunur.[8]
4. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
4.1. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur.
4.2. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır.
4.3. Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.[9]
4.4. Dövlət müəssisəsi olmayan digər şə
Rəsmi mənbə: https://e-qanun.az/framework/12499
Son yoxlanılıb: 2026-09-16