"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli 12 nömrəli Fərmanı
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının “İpək yolunun” və şimal-cənub nəqliyyat dəhlizinin vacib hissəsi olduğunu nəzərə alaraq dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması son dərəcədə mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması, bu sahədə “bir pəncərə” prinsipinin tətbiq edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilsin.
2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişin, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, sağlamlıq sertifikatının, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini Azərbaycan Respublikasının gömrük orqanları həyata keçirir.[1]
4. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanı kimi aşağıdakı vəzifələrin yerinə yetirilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun:
4.1. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrinin baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilməsi;
4.2. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə məlumat verilməsi;[2]
4.3. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi və buna görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması.[3]
5. Müvafiq icra hakimiyyəti orqanlarının baytarlıq, fitosanitar, sanitariya nəzarətinin həyata keçirilməsi, həmçinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə “İcazə” blanklarının verilməsi üçün sərhəddə yaradılmış məntəqələri ləğv edilsin.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə müvafiq sahələrdə qarşılıqlı məlumat mübadiləsini həyata
Rəsmi mənbə: https://e-qanun.az/framework/15605
Son yoxlanılıb: 2026-09-16