"Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2012-ci il tarixli 607 nömrəli Fərmanı
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).
2. “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri” təsdiq edilsin (Əlavə II).
3. “Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə III).
4. “Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri” təsdiq edilsin (Əlavə IV).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2012-ci il
№ 607
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli 607 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə I
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. Bu bayraq Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.
2. Gömrük orqanlarına məxsus dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyır.
3. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkət zamanı qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır.
4. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri gömrük orqanlarına məxsus hava gəmilərinin üzərinə vurulur.
5. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin iş otağında və komitə tərəfindən keçirilən rəsmi tədbirlər zamanı kollegiya zalında “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq yerləşdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli 607 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə II
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının
TƏSVİRİ
1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan, açıq mavi (səma) rəngli düz dördbucaqlı ipək parçadan hazırlanır.
2. Bayrağın aşağıdakı 1/3 hissəsində soldan sağa doğru avtomobil, dəmir, hava və dəniz yollarının ağ rəngli şərti təsvirləri verilmişdir.
3. Bayrağın yuxarı sol hissəsində Azərbaycan Respublikası gömrük orqanlarının emblemi təsvir edilmişdir.
4. Bayrağın arxa tərəfi üz tərəfinin güzgülü əksi kimi təsvir edilir (bayrağın şəkli əlavə edilir).
“Azərbaycan Respublikası
gömrük orqanlarının bayrağının
təsviri”nə əlavə
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli 607 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Əlavə III
Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanlarının rəmzidir. Bu emblem Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə mənsubiyyətini bildirən nişandır.
3. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.
4. Azərbaycan Respublikası gömrük orqanlar
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/23334
Son yoxlanılıb: 2026-09-16