"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 243 nömrəli Fərmanı
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər kabineti iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 4-cü maddəsində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasını, fərqlənmə nişanlarını və onların təchizat normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 6-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatının siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxsləri üçün ərzaq payının normasını və onun dəyərinin pul kompensasiyasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 98-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının dəyərlərinin Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan ödənilməsi üçün həmin fond haqqında Əsasnaməyə müvafiq dəyişikliklər etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində həmin Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 11-ci maddəsinin ikinci hissəsində, 23-cü maddəsində, 24-cü maddəsində, 27-ci maddəsinin ikinci hissəsində, 39-cu maddəsində və 58-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[1]
həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;[2]
həmin Əsasnamənin 4-cü maddəsində, 6-cı maddəsinin ikinci hissəsində, 59-cu, 59-1-ci və 81-ci maddələrində, 98-ci maddəsinin ikinci hissəsində, 100-cü maddəsində və 114-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[3]
həmin Əsasnamədə nəzərdə tutulmuş “Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı”nın, habelə həmin Əsasnamənin 109-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir; [4]
həmin Əsasnamənin 113-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.[5]
3. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 39-cu maddəsinə əsasən gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı təsdiq edilsin (əlavə olunur).[6]
4. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 24-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:
Baş dövlət gömrük xidməti müşaviri Azərbaycan Respublikasının həqiqi dövlət
Rəsmi mənbə: https://e-qanun.az/framework/260
Son yoxlanılıb: 2026-09-16