"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qərara alıram:
1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).
2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” təsdiq edilsin (Əlavə II).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2012-ci il
№ 646
Əlavə I Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Komitə öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur.
1.5. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, emblemə, bayrağa, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Komitə Bakı şəhərində yerləşir.
2. Komitənin fəaliyyət istiqamətləri
2.1. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.1.2. gömrük işini təşkil edir və onun inkişafını təmin edir;
2.1.3. gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirir;
2.1.4. hüquq mühafizə fəaliyyətini həyata keçirir;
2.1.5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil edir.
3. Komitənin vəzifələri
3.1. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
3.1.2. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək;
3.1.3. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;
3.1.4. gömrük işinə dair qanunvericilik aktlarının pozulması hallarının qarısını almaq və müvafiq araşdırmalar aparmaq;
3.1.5. mallar
Rəsmi mənbə: https://e-qanun.az/framework/23659
Son yoxlanılıb: 2026-09-16