"Gömrük Tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu
Gömrük tarifi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.
Fəsil 1
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu;
1.1.2. gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
1.1.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır;
1.1.4. tarif kvotası - idxal edilən ayrı-ayrı malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarına (dəyərinə) qanunvericilikdə nəzərdə tutulduğundan daha aşağı idxal gömrük rüsumunun və həmin miqdardan (dəyərdən) artıq olan hissəsinə daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan müddətli tənzimlənmə üsulu;
1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi;
1.1.6. eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar;
1.1.7. eynicinsli mallar - bütün cəhətlərinə görə oxşar olmasa da, eyni funksiyaları yerinə yetirilməsini və kommersiya baxımından bir-biri ilə əvəz olunmasını mümkün edən oxşar xüsusiyyətləri və oxşar tərkib materialları olan mallar. Malların keyfiyyəti, bazardakı nüfuzu və əmtəə nişanının olması onların eynicinsliliyinin müəyyən edilməsi üçün nəzərə alınan amillərdəndir;
1.1.8. eyni sinifdən və ya eyni növdən olan mallar - eyni və ya eynicinsli malların da daxil olduğu müəyyən mallar qrupunu və ya mövqeyini əhatə edən hər hansı bir sənaye sahəsi və ya sektorunun istehsal etdiyi mallar;
1.1.9. istehsal - yetişdirmə, hazırlama, hasil etmə;
1.1.10. birbaşa nəzarət - mənfəət əldə etmək üçün müəssisənin əməliyyat və maliyyə siyasətini idarə etmək səlahiyyəti;
1.1.11. dolayı nəzarət - mənfəət əldə etmək üçün müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsinə əhəmiyyətli təsir göstərən, lakin həmin siyasət üzərində birbaşa nəzarəti təmin etməyən səlahiyyət;
1.1.12. alıcı - Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan malları alan şəxs;
1.1.13. satıcı – malları Azərbaycan Respublikasına ixrac məqsədi ilə satan şəxs;
1.1.14. faktiki ödənilmiş və ya ödənilməli olan qiymət – idxal edilən mallara görə alıcının satıcı üçün və ya onun xeyrinə həyata keçirdiyi və ya həyata keçirməli olduğu tam ödəniş;
1.1.15. əlaqəli şəxslər - sövdələşmə iştirakçıları yalnız aşağıdakı hallarda əlaqəli şəxslər hesab edilirlər:
1.1.15.1. onlardan biri digərinin biznesində vəzifəli şəxs olduqda;
1.1.15.2. onlar biznesdə tərəfdaş olduqda;
1.1.15.3. onlar bir-birinə münasibətdə işəgötürən və işçi olduqda;
1.1.15.4. hər hansı şəxs onların hər ikisinin nizamnamə kapitalındakı payının və ya dövriyyəyə buraxılmış səs hüququ verən səhmlərinin ən azı 5 (beş) faizinin birbaşa və ya dolayı yolla sahibi olduqda;
1.1.15.5. onlardan biri birbaşa və ya dolayı yolla digərinə nəzarət etdikdə;
1.1.15.6. onların hər ikisinə birbaşa və ya dolayı yolla üçüncü şəxs tərəfindən nəzarət edildikdə;
1.1.15.7. onlar birlikdə birbaşa və ya dolayı yolla üçüncü şəxsə nəzarət etdikdə;
1.1.15.8. onlar yaxın qohum olduqda;
1.1.15.9. işgüzar fəaliyyətdə bir-biri ilə bağlı olan şəxslərdən biri digərinin yeganə nümayəndəsi, yeganə distrib
Maddələr
Rəsmi mənbə: https://e-qanun.az/framework/26154
Son yoxlanılıb: 2026-09-16