"Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu
Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:
1. Döyüş təyinatlı hərbi texnika və hərbi silah (satışı, idxalı və ixracı istisna olmaqla).[1]
1-1. Döyüş sursatı (satışı, idxalı və ixracı istisna olmaqla).[2]
2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan və qanunla dövriyyəsi qadağan edilən silahlar, onların sursatları.[3]
3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
4. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat orqanlarının, müvafiq icra hakimiyyəti orqanının təhlükəsizliyini təmin edən orqanın, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.[4]
5. Hərbi səfərbərlik təyinatlı əmlak.
6. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər.[5]
7. Dövlət kəmiyyət vahidləri etalonları.
8. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.
9. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.[6]
10. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.
11. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr.[7]
12. İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısına münasibətdə). [8]
13. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri, dərman maddələri və tibb vasitələri.[9]
14. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.
15. Dövlət arxiv fondunun sənədləri.
16. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompyuter proqramları.[10]
17. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.[11]
18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsulları.[12]
19. Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar.
20. Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar.[13]
21. Asbest və tərkibində asbest olan materiallar. [14]
22. Elektron siqaretlər və onların komponentləri.[15]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2003-cü il
№ 564-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 dekabr 2005-ci il tarixli 48-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 73)
2. 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 562)
3. 29 iyun 2012-ci il tarixli 409-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2012-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 670)
4. 29 oktyabr 2013-cü il tarixli 801-IVQD nömrəli Azərb
Rəsmi mənbə: https://e-qanun.az/framework/4790
Son yoxlanılıb: 2026-09-16