"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanunu
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir);[1]
1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır;
1.0.3. prekursorlar - narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır;
1.0.4. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır;
1.0.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir;
1.0.6. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir;[2]
1.0.7. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir;
1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayara
Maddələr
- Maddə 1. Əsas anlayışlar
- Maddə 2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında qanunvericilik
- Maddə 3. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar fəaliyyətin məqsədi
- Maddə 4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinin əsasları və qaydaları
- Maddə 5. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
- Maddə 6. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi, onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar fəaliyyət növ
- Maddə 7. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində dövlət orqanları
- Maddə 8. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli m
- Maddə 9. Narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsinə dair Milli İnformasiya Mərkəzinin yaradılması
- Maddə 10. Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından tibbi məqsədlərlə istifadə
- Maddə 11. Tranzit sərnişinlərin müalicəsi məqsədilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə
- Maddə 12. Baytarlıq məqsədləri ilə narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə
- Maddə 13. Elmi məqsədlərlə , tədris və təlim məqsədləri ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə[14]
- Maddə 14. Narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından ekspert fəaliyyətində istifadə
- Maddə 15. Əməliyyat-axtarış fəaliyyətində narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından istifadə
- Maddə 16. Fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması
- Maddə 17. Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı faəliyyət haqqın
- Maddə 18. Narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılması
- Maddə 19. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaq
- Maddə 20. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və onların prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql edilməsində və istehs
- Maddə 21. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının m
- Maddə 22. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaq
- Maddə 23. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaq
- Maddə 24. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaq
- Maddə 25. Tibbi müayinə
- Maddə 26. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi
- Maddə 27. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi
- Maddə 28. Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicə müddətinin uzadılması
- Maddə 29. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaq
- Maddə 30. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi
- Maddə 31. Nəzarət qaydasında qanunsuz hesab edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınması
- Maddə 32. Müsadirə
- Maddə 33. Qanunun qüvvəyə minməsi qaydası
- Maddə 21. Narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onları
Rəsmi mənbə: https://e-qanun.az/framework/10675
Son yoxlanılıb: 2026-09-16