"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu
Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir.
1-Cİ FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, audiovizual yayımçının proqramlarına, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar;[1]
1.0.2. əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxs, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikası;
1.0.3. audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animasiya filmləri və sair);
1.0.4. fonoqram - ifaların və digər səslərin müvafiq maddi daşıyıcıya müstəsna olaraq səsli yazılması;
1.0.5. kompyuter proqramı - maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompyuteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompyuter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir);
1.0.6. məlumat toplusu - sistemli və ya metodik qaydada tərtib edilmiş və elektron, yaxud digər vasitələrlə əldə oluna bilən əsərlərin, verilənlərin və digər materialların müvafiq maddi daşıyıcıda təqdiminin obyektiv forması;
1.0.7. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxəsi – audiovizual əsərdən, fonoqramdan, kompyuter proqramından, məlumat toplusundan və kitabdan bilavasitə və ya dolayısı ilə hazırlanmış və müvafiq maddi daşıyıcıda əks olunmuş surət;
1.0.8. nüsxələrin yayılması - audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinin satış və ya sahiblik hüququnun başqa cür verilməsi yolu ilə mülki dövriyyəyə buraxılması;
1.0.9. pirat məhsul - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələri;
1.0.10. piratçılıq – pirat məhsulun hazırlanması (istehsalı) və yayılması;
1.0.11. kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal;
1.0.12. beynəlxalq standart eyniləşdirmə nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin, audiovizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirilməsini təmin edən unikal rəqəmli kodlar;
1.0.13. nəzarət markası - audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu) təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan.
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
2.1. Bu Qanunla müəyyən edilən tədbirlər əqli mülkiyyət
Maddələr
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/23895
Son yoxlanılıb: 2026-09-16