"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanunu
İxrac nəzarəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarım və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarım müəyyən edir.
Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.1.1. ixrac nəzarəti - ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər kompleksi;
1.1.2. ikili təyinatlı mallar (işlər, xidmətlər) - mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar (işlər, xidmətlər);
1.1.3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) nomenklaturu - kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə edilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə istifadə edilə bilən ikili təyinatlı malların (işlərin, xidmətlərin), xammalın, nüvə və xüsusi qeyri-nüvə materialları daxil olmaqla, materialların, avadanlığın, elmi-texniki informasiyanın, cinayətkarlığa və terrorçuluğa qarşı istifadə olunan vasitələrin siyahıları;
1.1.4. əqli fəaliyyətin nəticələri - elmi işlər, elektron hesablayıcı texnikanın və məlumat topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye nümunələri və "nou-hau";
1.1.5. kütləvi qırğın silahları - nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı.
1.2. Bu Qanunda istifadə edilən, mülki, gömrük və başqa qanunvericilik sahələrinə aid digər anlayışlar müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş mənanı kəsb edir.
Maddə 2. Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının gömrük işi, əhalinin sanitar-epidemioloji və radiasiya təhlükəsizliyi haqqında qanunvericiliyindən və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrlə bu Qanun arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
Maddə 3. İxrac nəzarəti üzrə qanunvericiliyin tətbiqi dairəsi
3.1. Bu Qanun ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti və xarici iqtisadi fəaliyyətin digər əməliyyatlarına tətbiq edilir.
3.2. Bu Qanun, hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlar və ya bağlanmış müqavilələr partlayıcı və radioaktiv maddələrin, materialların, cihazların, kütləvi qırğın silahlarının, digər silahların yayılmasına imkan yaratdığı və Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına zərər gətirdiyi hallarda da tətbiq edilir.
3.3. Ələt azad iqtisadi zonasında ixrac nəzarəti sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[1]
Maddə 4. İxrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri
4.0. Azərbaycan Respublikasında ixrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri aşağıdakılard
Maddələr
- Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar
- Maddə 2. Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi
- Maddə 3. İxrac nəzarəti üzrə qanunvericiliyin tətbiqi dairəsi
- Maddə 4. İxrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri
- Maddə 5. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
- Maddə 6. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin əqli fəaliyyətin nəticələrinin) siyahısı
- Maddə 7. İxrac nəzarətinin həyata keçirilməsi sistemi
- Maddə 8. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin) ixrac rejimlərinin müəyyən edilməsi
- Maddə 9. İxrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazə verilməsi
- Maddə 10. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların aparılması
- Maddə 11. İkili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) istifadəsinə nəzarət
- Maddə 12. İxrac nəzarətinə aid məlumatların alınması və qorunması
- Maddə 13. Beynəlxalq təşkilatların fəaliyyətində iştirak
- Maddə 14. Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Rəsmi mənbə: https://e-qanun.az/framework/5519
Son yoxlanılıb: 2026-09-16