"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu
Dövlət qulluğu haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir.[1]
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar[2]
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;
1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə;
1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi;
1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı;
1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi;
1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq;
1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;
1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi;
1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;
1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;
1.1.11. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı;
1.1.12. dövlət qulluqçusunun ixtisas dərəcəsi – dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq ona verilən ixtisas səviyyəsi;
1.1.13. dövlət orqanının strukturu – dövlət orqanının fəaliyyətini təmin edən struktur qurumlarının normativ hüquqi aktlarla müəyyən edilmiş sistemi;
1.1.14. dövlət orqanının aparatı – özündə struktur bölmələri (şöbə və sektor) birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu;
1.1.15. dövlət orqanının struktur bölməsi – dövlət orqanının rəhbərinin qərarı ilə yaradılan və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona həvalə edilmiş səlahiyyətləri həyata ke
Maddələr
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/4481
Son yoxlanılıb: 2026-09-16