"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu
Korrupsiyaya qarşı mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – orqanlar (qurumlar), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.[1]
Bu Qanun, habelə orqanlara (qurumlara) əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların orqanlarda (qurumlarda) qulluğa (işə) girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.[2]
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar[3]
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi;
1.1.2. korrupsiya riski – korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsi ehtimalı;
1.1.3. korrupsiya risklərinin idarə edilməsi – korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərinin və həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görülməsi;
1.1.4. səlahiyyətli struktur bölmə (şəxs) – korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyata keçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs.
Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri
2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:
2.1.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
2.1.2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
2.1.3.inzibati vəzifə tutan dövlət qulluqçuları;
2.1.4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;
2.1.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
2.1.7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.7-1. orqanların (qurumların) rəhbərləri və işçiləri, o cümlədən orqanlarda (qurumlarda) xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;[4]
2.1.8.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər;
2.1.9.öz nüfuzundan və ya əlaqələrindən istifadə
Maddələr
Rəsmi mənbə: https://www.e-qanun.az/framework/5809
Son yoxlanılıb: 2026-09-16